Nəsibə Abdullayeva: “Mən şou biznes adamı deyiləm” – MÜSAHİBƏ
- Nəsibə xanım, Bakıya budəfəki gəlişinizdə pərəstişkarlarınızı konsertinizlə sevindirəcəyinizi düşünürdük. Ancaq belə olmadı...
- Mən bu dəfə Azərbaycana qısamüddətli səfərə gəlmişəm. AzTV-nin “Səhər” proqramının qonağı idim. Konsertlərə qalanda, hələ bu haqda fikirləşirik. Bu məsələ daha çox təşkilatçılardan asılıdır. Azərbaycanın və azərbaycanlıların qonağı olmaq mənim üçün həmişə xoşdur. Azərbaycanda gözəl dostlarım var. Azərbaycanın qonaqpərvərliyi bizim Özbəkistanın qonaqpərvərliyinə bənzəyir. Bu iki xalq həm tarixən, həm də ruhən bir-biri ilə qardaşdır. Uzaqda yaşasaq da, özümüzü çox uzaqda hiss etmirik.
- Atanız fars, ananız tacikdir. Siz isə bizim mahnıların gözəl və klassik ifaçılarından sayılırsınız. Həmin mahnılara qulaq asanda, elə bil sırf Sizin üçün yazılıb...
- Təəssüf ki, mənim üçün yazılan mahnı yoxdur. Çox istərdim ki, Azərbaycanın məşhur və istedadlı bəstəkarları, sənətkarları mənim üçün də mahnı yazsınlar. Azərbaycan xalqının musiqisi, mahnıları dünyanın ən gözəl musiqilərindən biridir. Bu mahnıların, musiqilərin, əsasən, ahəngi, melodiyaları özünəməxsusdur. Azərbaycan musiqiləri insanın özündən asılı olmayaraq ürəyinə yol tapır. Buna görə də məhəbbətim çox böyükdür. Onları sevməmək mümkün deyil.
- Azərbaycanın məşhur sənət ustalarından kimlərlə səhnəni bölüşmək və oxumaq istərdiniz?
- Alim Qasımovla.... O mənim üçün sirli bir dünyadır.
- Hələ 30 yaşında Özbəkistan Respublikasının xalq artisti adını alan Nəsibə xanımın yaradıcılığınızın bu il 30 ili tamam. Bu yubiley necə qeyd olunacaq?
- Bu il səhnə fəaliyyətimin 30 iliyidir. Yubiley Özbəkistanın böyük konsert salonlarında və şəhərlərində qeyd olunacaq.
- Özbəkistandan kənarda necə, yubiley tədbirləri nəzərdə tutulubmu?
- Ola bilər ki, respublikadan kənarda, başqa ölkələrdə də belə konsert proqramlarım olsun.
- Sarı mediada, şou biznes aləmində heç vaxt adınız hallanmır, intriqalara qoşulmursunuz, qalmaqallarda adınız çəkilmir. Buna necə nail olursunuz?
- Allah qoysa, olmayacaq da... Çünki mən şou biznes adamı deyiləm, səhnə adamıyam, sənətkaram.
- Bakı budəfəki səfəriniz yaddaşınızda nə ilə qaldı?
- Ümumiyyətlə, Bakıya hər səfərimdən qəlbimdə gözəl insanlarla tanışlıq, xoş xatirələr qalır. Bu dəfə də Bakıda gözəl insanlar, çox sevdiyim, yaradıcılığına heyran olduğum sənətkarlarla görüşlərim qaldı. AzTV-də xalq artistləri Ağadadaş Ağayevlə, Səkinə İsmayılova, Aygün Bəylər, İlham Namiq Kamalla görüşlərim heç vaxt qəlbimdən silinməyəcək. Ümid edirəm ki, bu sənətkarlara dostluğumuz üzün illər davam edəcək.

2182