Röya: “Mənim 3000 manatımı qaytarsın”

“Təəssüflər ki, çox populyar Natəvan bapbalaca restorana adam toplaya bilmədi”
Natəvan Həbibinin prodüseri Vasonun“Natəvan Elnarə və Röyadan daha populyardır” iddiasına cavab gecikmədi. Röya Ayxanın mətbuat katibi Ülviyyə Alovlu Lent.az-a telefon açaraq, müəyyən faktlara aydınlıq gətirib.
Mətbuat katibi aylar öncə təxirə düşən Zamiq-Natəvan konsertini xatırladıb: “Əgər o öz işinin savadlısı olsaydı, həqiqətən də bilərdi ki, konsert reklam kampaniyası deyil. Əgər insanın reklamı kifayət qədər deyilsə, il ərzində konsert verə bilməz. Natəvanın doğrudan da gündəmə gəlməyə ehtiyacı yoxdursa, onda heç olmasa iki müğənni adına konsertində satılan biletlərlə yarı zalı doldurardı. Cəmi 15 bilet satılmışdı, mən bunu “Röya” jurnalında da işıqlandırmışdım. Şəxsən araşdırmışdım...”
Ü. Alovlu Röyanın verəcəyi konserti müqayisə olaraq vurğulayib: “Əgər o professional prodüser olsaydı, bilərdi ki, konsert reklam deyil, pul qazanmaqdı. Röya gör nə qədər populyar və özünə əmindir ki, 6 günlük konsert keçirir. Yeri gəlmişkən, biz on gün konsert nəzərdə tutmuşduq, həkim məsləhəti ilə bir neçə gün ixtisara düşdü”.
Röya Ayxan Lent.az-a açıqlamasında Vasoya müraciət ünvanlayıb: “Natəvan özümünküdür, ona sözüm yoxdur, sevinirəm ki, istədiyi yerdədir. Vaso bu qədər bacarıqlı prodüserdirsə, deməli kifayət qədər pulu var, onda mənim 3000 manatımı qaytarsın, lazım olan işlərimə xərcləyim”.
Lalə Yusifqızı

Oxşar yazılar

Melisa Döngel bu fotoları ilə diqqət çəkdi
1 may 2025 , 11:10
Ferdi Tayfurun miras davası davam edir...
1 may 2025 , 10:42
Ben Afflek və Cennifer Lopez mülklərini bölüşdürə bilmirlər - QALMAQAL
30 aprel 2025 , 18:56
Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58