Röya hamiləliyinin 7-ci ayında konsert verəcək
Müğənni Azərbaycan səhnəsində ilkə imza atmağa hazırlaşır
Müğənni Röya Ayxan Azərbaycan estrada səhnəsində və karyera dövründə bir sıra ilklərə imza atmağa hazırlaşır. Bu barədə müğənninn mətbuat katibi Ülviyə Alovlu Lent.az-a açıqlama verib: “Röya bu dəfə konsertlərin sayını rekord həddə çatdıracaq. Lakin onu da diqqətinizə çatdırım ki, heç bir müğənni ilə rəqabət üçün yox, özü bu arzuda olduğu üçün belə qərara gəlib”.
Mətbuat katibi konsertin Yaşıl Teatrda keçiriləcəyi barədə məlumatları təkzib edib: “Konsertin vaxtı və məkan hələ də dəqiq deyil. Lakin dəqiq deyə bilərəm ki, Yaşıl Teatrda olmaycaq. İstənilən halda konsert sentyabrın ikinci yarısında reallaşacaq. Havalar o vaxt soyuyacağı təqdirdə, qapalı məkanda olacağı gözlənilir”.
Qeyd edək ki, müğənni həmin vaxt hamilə vəziyyətdə Azərbaycan səhnəsində konsert verən ilk qadın müğənni olacaq: “Bu da Röyanın arzularından biri idi, inşallah, həmin vaxt o, hamiləliyinin 7-ci ayında olacaq. Hətta bəzən Röya zarafatla elə səhnədəcə uşaq dünyaya gətirəcəyini deyir”.
Qeyd edək ki, bu dəfəki konsertlərdə ən çox yeni mahnılar və duetlər yer alacaq. Konsert “Ana nəğməsi” adlanacaq.
Lalə Yusifqızı

Oxşar yazılar

Ben Afflek və Cennifer Lopez mülklərini bölüşdürə bilmirlər - QALMAQAL
30 aprel 2025 , 18:56
Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14