İlhamə Quliyeva klipini “Uşaq ili”nə həsr edib
Azərbaycanın Xalq artisti İlhamə Quliyeva sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus olan “Sevgi dünyamız” adlı mahnıya klip çəkdirib. Bu barədə Lent.az-a məlumatı rejissor Nail Naiboğlu açıqlayıb. Çəkilişləri rejissor Nail Naiboğlunun rəhbərlik etdiyi heyət aparıb. Pavilyonda lentə alınan ekran işində İlhamə xanım xeyirxah pəri obrazını canlandırıb. Rejissor Nail Naiboğlunun məlumatına görə, klip “Uşaq ili”nə həsr olunub. Bu məqsədlə də İlhamə xanımın klipdə tərəf müqabili rolunda uşaqlar çıxış ediblər.
İlhamə xanım isə öz növbəsində bildirdi ki, hazır ekran işi tamaşaçılara onun avqusta gözlənilən doğum günündə təqdim ediləcək.
Xatırladaq ki, bir müddət əvvəl İlhamə xanım sözügedən klipi Aqil M.Quliyevin ekranlaşdıracağını bildirmişdi. Lakin məlum olmayan səbəblərdən bu, N.Naiboğluna həvalə edildi. Rejissorun sözlərinə görə, “Sevgi dünyamız” İlhamə xanıma ekranlaşdırdığı 4-cü klipi hesab olunur. Bu mahnıya ekran həyatı vermək üçün bir neçə rejissor maraq göstərsə də, İlhamə xanım sözügedən rejissorun adı üzərində dayanıb. Tərəflərin əməkdaşlığının növbəti aylarda da davam etdirələci bildirilir.
Lalə yusifqızı

Oxşar yazılar

Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14