Zülfiyyə Xanbabayeva: “Heç vaxt tamaşaçılarıma vəd verməmişəm”
30 iyun 2009 21:00 (UTC +04:00)

Zülfiyyə Xanbabayeva: “Heç vaxt tamaşaçılarıma vəd verməmişəm”

Müğənni Zülfiyyə Xanbabayeva qızı Dənizin doğum günü ərəfəsində konsert verəcək. Bu barədə müğənni Lent.az-a açıqlamasında bildirib: “Hələlik dəqiq açıqlama vermək üçün o qədər də çox məlumatım yoxdur. İnşallah, konsertin vaxtını bəlli etdikdən sonra dəqiq açıqlama verəcəm. Musiqiçilərlə bərabər yayın istisində məşq edirik”.

Xanbabayeva konserti ərəfəsində nə təmtəraqlı səhnə söz verir, nə də böyük vədlər etməyə hazırlaşır: “Bu, həmişə belə olub. Konsertimdən əvvəl heç kim deyə bilməz ki, nə isə vədlər verəm. Zülfiyyəni istəyən konsertə elə vədsiz də, təmtəraqsız da gələcək. Bircə onu deyə bilərəm ki, əsl konsert olacaq. İstər musiqiçilər, istər səhnə baxımından həmişə dinləyici zövqünü oxşamağa çalışmışam”.

Hazırda istirahətdə olan müğənni qayıdan kimi musiqiçilərlə məşqlərə davam edəcək.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar