“Xalq ulduzu” Şəhla Həmidova diskinin təqdimatını keçirib
“Xalq ulduzu” müsabiqəsindən populyarlaşan müğənni Şəhla Həmidova bu gün diskini media nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, təqdimatda xalq artistləri Flora Kərimova, Ağacəbrayıl Abbasəliyev və müğənni Nadir Qafarzadə iştirak edib.
Xalq artisti Flora Kərimova Şəhlanı əxlaqı və istedadı ilə istisna müğənnnilərdən adlanırıb: “Şəhla haqqında deyiləcək hər xoş kəlmə, hər xoş söz həqiqətdir. O, çox istedadlıdır. Ağıllı xanım, ürəkoxşayan müğənnidir”.
Xalq artisti Ağacəbrayıl Abbasəliyev də Şəhla kimi müğənnilərin musiqi sahəsində az olduğunu deyib: “Şəhlaya bu istedad Allah tərəfindən verilib. Onun xüsusi musiqi savadı yoxdur, lakin musiqi tarixində musiqi savadı olmayıb istedadı ilə iz qoyan sənətkarların sırasında yer tutacaq”.
A.Abbasəliyev “Xalq ulduzu” müsabiqəsində Şəhlaya qarşı yönələn haqsızlığı hələ də unutmadığını deyib: “Yəqin mətbuat işçilərinin yadındadır, müsabiqədə iş adamlarından biri Şəhlaya guya ki, ev hədiyyə etmişdi. Sonradan həmin şəxsin Şəhlanı aldatdığı məlum oldu. İndi də yadıma düşəndə özümü pis hiss edirəm. Bütün mətbuat işçilərindən xahiş edirəm, yaxşını pisdən seçin, əsl sənətə qiymət verin, Şəhlaya sənətində yardımçı olub, belə müğənniləri işıqlandırın”.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14