Sevda Yəhyayeva yeni klipini təqdim etdi
“Ailə qurmaq barədə düşünmürəm”
"Yeni ulduz"un iştirakçısı, gənc müğənni Sevda Yəhyayeva "Sənsiz" adlı yeni klipini
mətbuat nümayəndələrinə təqdim edib. Lent.az-ın məlumatına görə, tədbirdə müğənnilər Zamiq, İlhamə Qasımova, Pərviz Mahmudov, Nadir Qafarzadə, Rəcəb və digər sənətçilər də iştirak edib.
Klipi mətbuat nümayəndələrinə nümayiş etdirən ifaçı “Sənsiz” mahnısını payızda ekranlarda yayımlanacağını söyləyib: “Yay fəslinə uyğun mahnılar yazdırmışam. Hazırda həmin mahnıları radio dalğalarında və ekranlarda yayımlamağı düşünürəm”.
Qeyd edək ki, sözləri Leyliyə, musiqisi ilə "Yeni ulduz"un iştirakçısı Pərviz Mahmudova aid olan mahnını tanınmış klipmeyker Fuad Əlişov ekranlaşdırıb.
Klipdə Sevda sevgilisindən ayrı düşmüş qız obrazını canlandırıb. O, əslində bunun şəxsi həyatı ilə heç bir bağlılığı olmadığını bildirib: “Klipdə verilən süjet xətti ilə mənim şəxsi həyatımın heç bir əlaqəsi yoxdur. Hətta ailə qurmaq barədə də düşünmürəm. Bu, mənim üçün hələ tezdir. Hələ ki, özümü Sevda Yəhyayeva kimi təsdiqləmək istəyirəm”.
Sevda arzularından birinin gerçəkləşdiyini açıqlayıb: “Çoxdankı arzum idi ki, özümün şəxsi mikrofonum olsun. Ondan da ilk dəfə bu klipdə istifadə etdim. Sevinirəm ki, yavaş-yavaş arzularıma doğru irəliləyirəm. Çünki yaradıcılıqla bağlı qarşıda layihələr də var. Amma bu barədə danışmaq istəmirəm, çünki hələ tezdir”.
Bütün dünyada tanınmaq arzusunda olan Sevda Yəhyayeva bunun üçün hazırda heç bir addım atmadığını, lakin gələcəkdə bu barədə düşünəcəyini bildirib.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14