Faiq Ağayev revanşa hazırlaşır
İlhamə Quliyeva isə məhkəmənin qərarını ədalətli sayır
Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti Flora Kərimova məhkəməyə müraciət edərək, xalq artistləri İlhamə Quliyeva və Faiq Ağayevi xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb etməyi tələb etmişdi. Onun bu ərizəsi ilkin məhkəmə instansiyasında əsassız hesab edilmişdi. Apelyasiya mərhələsində isə xalq artistinin İlhamə Quliyevaya qarşı şikayəti əsassız sayıldı, Faiq Ağayev barəsində şikayət isə təmin edildi. Beləliklə, məhkəmə F.Ağayev barəsində cinayət təqibi başlanması barədə qərar qəbul etmiş oldu.
Bu qərardan sonra tərəflər hansı addımları atmağı düşünürlər? İlhamə Quliyevanın mətbuat katibi xalq artistinin məhkəmə prosesi ilə bağlı mövqeyini Lent.az-a açıqlayıb: “Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva həmişə problemlərin məhkəmədə çözülməsinin tərəfdarı olub. Çünki qanunların aliliyinə, ədalətin mövcudluğuna inanıb. Bu baxımdan hesab edirik ki, keçirilən məhkəmə prosesləri ədalətli olub, hakimlərin məsələlərə diqqətlə yanaşması, qüksək səviyyədə araşdırma aparması çıxarılan qərarlardan da görsənir. İlhamə xanımın heç bir iradı yoxdur və hesab edir ki, qərarlar olduqca ədalətlidi. İlhamə xanımın çox savadlı, işini bacaran vəkili var. Biz Şəfiqə Nağıyevanın növbəti proseslərdə də uğur qazanacağına əminik”.
Xalq artisti Faiq Ağayevin mətbuat xidmətindən Lent.az-a verilən açıqlamada isə bildirilir ki, məhkəmənin rəsmi qərardadını hələ ki almayıblar: “Alandan sonra Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq addımlar atacağıq. Hər halda, bu, birmənalı şəkildə qarşı tərəfin qələbəsi kimi qiymətləndirilməməlidir”.
Lalə Yusifqızı

Oxşar yazılar

Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18