Müğənni Çelik Bakıdakı restoranını bağladı
Ötən ilin oktyabrında Bakıda iş quran və restoran açan Türkiyənin tanınmış sənətçisi Çelik Erişçi gözlənilmədən Türkiyəyə dönüb. Hazırda ölkəsində olan müğənni Bakıdakı restoran işinə son qoyduğunu ilk dəfə APA-ya müsahibəsində açıqlayıb.
- Azərbaycanın tərk etməyinizin səbəbi nədir?
- Azərbaycanı birdəfəlik tərk etməmişəm. Azərbaycanda yaşamaq üçün icazəm davam edir və edəcək. Hazırda mənə gələn iş təkliflərini dəyərləndirirəm.
- Restorandakı ortaqlığınız bitdimi?
- Bəli, “Paris” restoranı ilə bağlı ortaqlığımı bitirdim. Artıq “Paris” restoranında olmayacağam. Daha yaxşı işlər görmək istəyirəm, bu səbəblə restorandan uzaqlaşdım.
- İş ortaqlığınızın bitməsi sizə pis təsir etmədi ki?
- Xeyr. Əksinə, mənim üçün daha yaxşı oldu. Çünki Bakıda olduğum müddətdə otel və restoran biznesi sahəsində çox təklif alırdım, lakin ortaqlığım səbəbiylə bu təkliflərlə maraqlanmırdım. Yəni ortaqlarım mənə bu məsələdə mane olmağa başlamışdılar. Amma hazırda gələn bütün təklifləri dəyərləndirirəm. Bakıda biznesə davam edəcəyəm. Azərbaycanı və Bakını Türkiyədən ayrı yer olaraq görmürəm.
- Azərbaycan və Bakı xatirələrinizdə necə yer edib?
- Azərbaycan çox gözəl ölkədir. İnsanları çox istiqanlı və səmimidir. Orada qaldığım müddətdə mənə göstərilən münasibətdən çox məmnunam. İş ortaqlığımın bitməsi mənim üçün Bakının xatirələrdə qalması demək deyil. Çünki Bakıda başqa iş planlarım var.
- Konsert proqramı ilə çıxış etmək üçün Bakıya gəlişiniz mümkündürmü?
- Təbii ki. Onsuz da həftədə bir-iki gün Bakıda oluram. Zatən dünən orada bir toyda mahnı oxudum. Bakıda olduğum vaxt ad günləri, özəl tədbirlərlə bağlı çox gözəl təkliflər aldım. Hələ də alıram. İyul ayı ərzində 3 özəl dəvətlə bağlı Bakıda səhnəyə çıxacağam.
- Türkiyədəki “Ergenekon” məsələsində sizin də adınız keçirdi. Bu məsəldə son durum necədir?
- Bunlar əsassız və gülünc iddialar idi. “Hürriyet” qəzetinə və “Show TV”yə müsahibələrimdə bununla bağlı lazımi açıqlamalar verdim.
- Bu yaxınlarda telekanallarda sizi Cümhuriyyət Xalq Partiyası parlament fraksiyasının toplantısında iştirak edərkən gördük. Yaxın vaxtlarda siyasətə qoşulacağınızı gözləmək olarmı?
- Bəli, siyasətə qoşulmağı düşünürəm. Bu istiqamətdə hazırlıqlarım var. Amma nə şəkildə, nə zaman və hansı partiyada siyasi fəaliyyət göstərəcəyimlə bağlı hələ qərar verməmişəm.
- Yaradıcılığınızda yeniliklər olacaqmı?
- Təbii ki. Hazırda Türkiyədə yeni albom hazırlayıram və sizin suallarınıza da studiyadan cavab verirəm.

1765