Produser: “Aygün Kazımova ilə işləmərəm”
17 iyun 2009 14:15 (UTC +04:00)

Produser: “Aygün Kazımova ilə işləmərəm”

Natəvan Həbibinin keçmiş prodüseri Zöhrab Ağayev aralarındakı gərginliyin səbəbini açıqlayıb

Müğənni Natəvan Həbibi ilə prodüseri Zöhrab Ağayev işbirliyini dayandirib. Bu barədə Lent.az-a açiqlama verən prodüser Zöhrab hazırda yeni müğənni ilə əməkdaşliğa başladığını bildirib: “Natəvan Həbibi ilə əməkdaşlığa son qoymuşuq. O mənim iş bacarığıma şübhə ilə yanaşıb. İndi tək deyiləm. Hazırda yeni layihə üzərində çalışıram. Tamamilə sıfırdan başlayan bir müğənnini şou-biznesə təqdim edəcəm. Natəvana da bacarığımı sübut edəcəm”.

Prodüser Natəvanla düşmən olan həmkarlarla dostluq etmək niyyətində deyil: “Adətən müğənni ilə münasibəti pisləşən prodüserlər onların həmin müğənninin sevmədiyi insanlarla dostluq etməyə çalışırlar. Məni Aygün Kazımova belə əməkdaşlığa dəvət etsə, işləmərəm. Natəvanla çörək kəsmişik, onun anası mənə “bala” deyib”.

Bütün bunlara baxmarayaq Zöhrab Natəvanla yenidən işbirliyinə şübhə ilə yanaşır: “Çətin yenidən birgə işləyək, çünki çox pis xətrimə dəyib...”

Leyla
# 769

Oxşar yazılar