Röya: “Anar dedi, iki il bir-birimizin üzünə baxacağıq?”
Türkiyə ilə bağlı yaradıcılıq planları təxirə düşən Röyanın “mərdimazar”ı həyat yoldaşı Anar imiş. Röya Lent.az-a açıqlamasında ailə qurduqdan sonra iddialarının azaldığını deyib: “Subay olanda iddialarım daha böyük idi, vaxtilə qonşu Türkiyə ilə bağlı böyük planlarım var idi, indi isə Türkiyədə təkcə konsert proqramı ilə çıxış etmək istəyirəm. Mən dəyişkən insanam, burada qərar verirəm, 2 saat sonra fikrimi dəyişirəm”.
Müğənni ailə qurduqdan sonra bir müddət Sezen Aksunun musiqi şirkəti “Sarı odalar”la görüşdüyünü, lakin son anda müqavilə imzalamaqdan vaz keçdiyini deyib: “Məni müqavilədə iki il ana olmaq hüququndan məhrum etdilər. Anar qolumdan tutub ayağa qaldırdı, dedi, gəl gedək, iki il bir-birimizin üzünə baxacağıq?”
Röya türk müğənnisi Fərhad Göçərlə vaxtilə birgə layihələr həyata keçirməyi planlaşdırdıqlarını məlumat verib: “Fərhadı çox bəyənirəm, onun səs tembri mənim səsimə uyğun gəlir. Birgə planlarımız var idi, onlar mənə “Kalb-kalbe karşı” mahnısını göndərmişdilər. Mən də “Dön gəl” mahnımı onlara göndərməli idim, amma son anda tənbəllikdən vaz keçdim. İndi fikirləşirəm ki, yaradıcılıq işləri həmişə var, ana olum, bir azdan bütün layihələri həyata keçirməyə vaxt tapacam”.
Lalə Yusifqızı

Oxşar yazılar

Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58