Sevda Ələkbərzadə məşhurları sehirləyib
Müğənni yeni albomunun təqdimatını keçirdi
İyunun 9-da müğənni Sevda Ələkbərzadə Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərini bir məkana yığıb, “Sevdalı dünya” adlı yeni albomundan mahnıları səsləndirib. Lent.az-ın məlumatına görə, Sevdanı dinləməyə gələn qonaqlar arasında Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, professor Paşa Qəlbinur, xalq artistləri Yaşar Nuri, İlhamə Quliyeva, Zülfiyyə Xanbabayeva, əməkdar incəsənət xadimi Faiq Sücəddinov, Vahid Əziz, Akif İslamzadə, Murad Dadaşov, Anar Məmmədxanov, müğənnilər Samirə, Ruhi, Oqtay və Dilarə Əliyevlər və digər tanınmış şəxslər olub. Sevdanın layihələrini maliyyələşdirən mesenat Nazim Abdullayev də tədbirdə iştirak edib.
Konsertin keçirildiyi məkanın foeyesində müğənninin diski açıq satışa qoyulub.
Müğənninin Avropa turnesindən maraqlı fraqmentlər qonaqlara izlədilib.
Firdovsi Atakişiyev aparıcısı olduğu konsertdə öncə Ağaəli İbrahimov təbrik üçün səhnəyə çıxıb, daha sonra Paşa Qəlbinur danışıb.
Sevdanın sənəti barəsində yüksək fikir bildirənlər arasında Fərhad Bədəlbəyli də olub: “Sənətdə, musiqidə islahatçı olmaq çətindir, bu gün Sevda da vaxtilə Vaqif Mustafazadə və Qara Qarayevin üzləşdiyi kimi, müəyyən təzyiqlərə məruz qalır”.
Firdovsi Atakişiyev Sevdaya hədiyyə olunmuş üç diskdən ibarət nəfis tərtibatlı albomun üzərindəki yazını oxuyub: “Gözlərinizi yumub problemlərinizi unudun, Sevdanın dərin və üsyan edən səsini duyacaqsınız...”
Nəhayət, Ələkbərzadə səhnəyə çıxıb, qonaqları ifası ilə sehirləyib. Gələn qonaqlar jurnalistlərə açıqlamısında bugünkü konsertdən, Sevdanın ifasından zövq aldıqlarını bildiriblər.
Qeyd edək ki, konsert Ələkbəzadənin anasının doğum gününə təsadüf edib, müğənni səhnədən anasını təbrik edib.
Lalə Yusifqızı

Oxşar yazılar

Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18