Pişik Günel polis bölməsinə çağırılıb
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə “Pişik Günel” kimi tanınan Ələkbərova Günel Əli qızı ilə bağlı şikayət ərizəsi daxil olub.
Bu barədə Lent.az-a daxil olan xəbər bölmədən təsdiqlənib. Bölmədən bildirilib ki, şikayət mayın 17-də Məmmədov Cavanşir Babəli oğlu tərəfindən edilib. İctimaiyyət arasında Cavanşir Babəlioğlu kimi tanınan jurnalist Pişik Günel tərəfindən söyülərək təhqir edilməsindən şikayətlənib. Mayın 23-də isə tərəflər polis bölməsində barışıq elan edib.
Məsələ ilə bağlı Günel Ələkbərova Lent.az-a mövqeyini bildirib: “Mən ondan üzr istəməmişəm, bu qarşılıqlı üzrxahlıq olub. Bunu özünüz də maraqlana bilərsiniz. Mənə bir şey maraqlıdır. Necə olur ki, mənim keçmiş həyat yoldaşımın məsələsi ortaya çıxan kimi jurnalist nəyəsə nail olmaq istəyir? O, əvvəl Fərruxun prodüseri idi. Biz ailə qurandan sonra bu insan ikimizə də düşmən oldu. Mən heç kimdən üzr istəməmişəm. O üzr istəyib ki, məndən şikayət edib. Siz bilirsiniz, o nəyə görə şikayət edib? Səbəbini açıqlasın. Mən onun haqqında danışmaq istəmirəm. O mənim səviyyəm deyil ki, mən bu barədə danışım”.
Jurnalist Cavanşir Babəlioğlu Lent.az-a açıqlamasında hadisəni təfərrüatı ilə danışıb: “Günel və prodüser Təranə mənim işlədiyim müğənni Mehrimə qarşı qara piar kampaniyası aparırdılar. Onlar Mehrimə mənim onun arxasınca danışdığımı demişdilər. Sonra elə oldu ki, onlar Sayqanın çay evində görüşdülər və aralarında dava-dalaş düşdü. Ətrafdakılar hətta narahat olub onları qovdular. Həmin o məkanda Günel məni söyüşlə təhqir etdi. Günel kişi deyil ki, mən onu döyüm? Fikirləşdim ki, qanun qarsında cavab versin. Polisə müraciət etdim.
Güneli çağırdılar, gəldi, izahat verdi. Hadisə bizim dostlarımızın – Bəxtiyar, Baba müəllimin yanında baş verib. O özü də etiraf edib ki, hirsli başda ağıl olmur, məni təhqir edib. Rəsmi olaraq, üç dəfə bütün insanların qarşısında üzr istədi. Dedim ki, qadın xeylağısan, niyə insanların şəxsiyyətinə toxunursan ki, sonra da polis bölməsinə düşürsən?”
Pərvin ABBASOV
Lalə YUSİFQIZI

Oxşar yazılar

Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18