
Aysel Teymurzadə “Turkvision”nun açılışında iştirakdan imtina edib
“Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə Türkiyədə keçiriləcək “Turkvision” yarışmasına dəvət olunub. APA-nın məlumatına görə, sözügedən müsabiqə 23-28 iyun tarixlərində Türkiyənin Pamukkale turizm zonasında keçirilməsi nəzərdə tutulub. Türkdilli dövlətlərinin təmsil olunacağı müsabiqə Türkiyənin TRT kanalı ilə canlı yayımlanacaq. Müsabiqənin açılış mərasimində çıxış etmək üçün isə “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Türkiyəni təmsil edən Hadisə Açıqgöz dəvət olunub. A. Teymurzadənin ailəsindən APA-ya bildirilib ki, gənc müğənni həmin ərəfədə başqa ölkədə səfərdə olması səbəbindən bu dəvəti qəbul edə bilməyib. A. Teymurzadə həmin vaxt Yunanıstanda səfərdə olacaq və orada duet ortağı Araşla birgə konsert proqramı ilə çıxış edəcək. Məlumatda o da bildirilib ki, Aysel Teymurzadə bu gün İsveçə yola düşüb. Müğənni İsveçdə Araşla birgə bir neçə layihəni həyata keçirmək niyyətindədir.
Oxşar yazılar

Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18