Tanınmış maneken evində piton ilan saxlayır
22 may 2009 14:30 (UTC +04:00)

Tanınmış maneken evində piton ilan saxlayır

Türkiyənin bir vaxtlar məşhur manekenlərindən olan Mərvə Eldəniz evində piton ilan saxladığını etiraf edib.


Lent.az-ın məlumatına görə, bir televiziya proqramına qonaq olan maneken şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
“İlanımın adı Kaşkoldur (“kaşkol” türkcə şərf deməkdir). Onun əhliləşdiyini düşünürdüm, amma məni üç dəfə çalıb. İlanımı həftədə bir dəfə süd vannasında çimizdirirəm, onu həyətdən tutduğum böcək və siçanlarla bəsləyirəm. Yayda hovuzda birlikdə üzürük. Bircə problem odur ki, tanışlarım evimə gəlmək istəmir. Onun divanın üstündə görəndə çığırırlar”, - deyə mankeken bildirib.
Qeyd edək ki, 10 il əvvəl İstanbuldan Bodruma köçən Eldəniz bu yaxınlarda bir filmə çəkilib. “Hadi qari” adlanan film yaxın günlərdə kinoteatrlarda nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar