Gövhər Həsənzadə: “Avropa bu il Samir və Elnurun təsiri altında çıxış etdi”
“Amma bu, müqayisəolunmazdır, qətiyyən onların ifasına yaxın gəlmir”
Bəstəkar Gövhər Həsənzadə “Eurovision-2009” mahnı müsabiqəsinin birinci yarımfinalında iştirakçıların mübarizəyə ciddi hazırlaşdığını deyir. Bu barədə bəstəkar Lent.az-a açıqlamasında bildirib: “Bunu ilk növbədə klassik janr ifaçılarının olmağı sübut edib. Fikir verdinizsə, keçən ilki gödək paltarlar, göbək açıqlığı özünü doğrultmur. Bu il iştirakçılar səhnəyə ciddi musiqi gətirmək fikrinə düşüblər. O dəqiqə hiss olunur ki, Samir və Elnur formatında nə isə etmək arzusunda olublar. Amma bu, müqayisəolunmazdır, qətiyyən onların ifasına yaxın gəlmir. Buna baxmayaraq, digər ifaçıların klassik balet ifaları, geyimləri, mahnıda səslənən zurna, qaval həmin elementlərdir”.
Bəstəkar ötən iştirakçıların Azərbaycanın çıxışını həsədlə qarşıladıqlarını deyib: “Avropa bu il Samir və Elnurun təsiri altında çıxış edib. Ötən il də hiss olunurdu ki, onlar Samir və Elnurun ifasına həsəd aparırlar. Ötən il nə var idi? Qısa geyimlər, yüngül musiqilər. Bu il isə hamısı ciddi-ciddi hazırlaşıb gəlmişdi. Azərbaycanın ötən ilki çıxışı bu müsabiqədə addım atmağa çox böyük təsir göstərib”.
Lalə Yusifqızı

Oxşar yazılar

Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18
Teoman bu şəklin pərdəarxasını açıqladı
28 aprel 2025 , 11:10Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
26 aprel 2025 , 17:40