Nisə Qasımovadan Güldən Qaraböcəyə jest… -
Lent.az-ın məlumatına görə, konsert təyin olunmuş vaxtdan düz yarım saat sonra başlayıb. Səhnəyə ilk olaraq aparıcı qismində Nisə Qasımova çıxıb.
Təqdimatdan sonra türkiyəli ulduz “Biliyorum evlisin” mahnısı ilə səhnəyə çıxıb. Müğənni bir-birinin ardınca retro türk mahnıları (“Qısqanırım”, “Efkarım”, “Anlamazdım”, “Kaderimə Küsdüm”) ifa edib.
Nisə Qasımova qonağın səmimiyyətindən və istiqanlılığından ağız dolusu danışıb: “Adətən başqa türk müğənniləri Bakıya gələndə istirahətə çəkilir. Güldən xanım Bakıya qədəm basdığı dəqiqələrdən etibarən maşına əyləşib Heydər Əliyevin məzarını ziyarətə üz tutub”.
İkili birlikdə Azərbaycan mahnısı “Arzu qızım”ı ifa ediblər. Gecənin sürprizi azyaşlı oğlan Xalid olub. Nisə xanımın səhnəyə dəvət etdiyi kiçik oğlan səs diapazonu ilə qonağı əməlli-başlı heyrətləndirib.
Nisə Qasımova həmkarının istəyi ilə “Yalan Dünya” mahnısını ifa edib. Güldən Qaraböcək azərbaycanlı rəfiqəsinə “bütün mahnılarım sənə halaldır, buyur oxu, deyib”.
Qaraböcəyin ifası zamanı Nisə xanım bek-vokalda onu müşayiət edib. Bu günə qədər sınaqdan keçməyən müğənni bunu ilk dəfə türkiyəli xanıma jest olaraq etdiyini etiraf edib.
Qeyd edək ki, salonda müğənniləri izləmək üçün Xumar Qədimova, Aybəniz Haşımova, Xatirə İslam və Almaz Ələskərova da iştirak ediblər. Xalq artisti bir-bir qonağa müğənnilərimizi təqdim edib.
Hər iki müğənni canlı ifaları ilə qonaqlara unudulmaz dəqiqələr yaşadıblar.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58
Üç ayrı kişidən, üç uşağı var - Məşhur ulduz analıq dərsi verir
29 aprel 2025 , 10:14
Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14