“Tap Dostum”da olay: Rəhim Rəhimli çəkilişi tərk etdi!
11 noyabr 2010 11:49 (UTC +04:00)

“Tap Dostum”da olay: Rəhim Rəhimli çəkilişi tərk etdi!

Lent.az-ın məlumatına görə, proqramda müğənnilər - Natəvan Həbibi, Mirkamil, Ramal, Əfqan ilə xəbər agentliklərində çalışan jurnalistlər yarışıb.

Efir məkanında ilk dəfə olaraq müğənnilər ilə mətbuat nümayəndələrinin üz-üzə gəldiyi yarışma mübahisəsiz ötüşməyib. Bu dəfə mübahisə Rəhim Rəhimli ilə proqramın çəkiliş qrupu arasında olub. Nəticədə müğənni hirslənib və çəkilişi tərk edib.

Müğənni fanatların alqışlarla “Rəhim, Rəhim” çağırışından sonra yenidən çəkiliş meydanına qayıdıb.

Baş verənlərlə bağlı Rəhimli Lent.az-a açıqlama verib: “Bu, sadəcə, çəkiliş vaxtı baş verən hadisədir. İş prosesində hər şey olur. Bütün mübahisələr keyfiyyətli və baxımlı proqram hazırlamaq üçündür”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1675

Oxşar yazılar