Müğənni Mətanət İsgəndərliyə şok ittihamlar
Müğənni Mətanət İsgəndərlinin “ATV” telekanalında nümayiş olunan “Ulduz oldun” verilişində keçmiş həyat yoldaşı barədə dediklərinə qaynanası “Yeni Müsavat” qəzetində münasibət bildirib. Müğənni həmin verilişdə bildirib ki, əri içki düşkünü olub, ona əzab verib, hətta oğlu Kərimin gözünü vurub şikəst edib. M. İsgəndərlinin keçmiş qayınanası Sitarə Həmidova isə qəzetə zəng edərək, keçmiş gəlininə və sözügedən verilişə etirazını bildirib.
“Mətanəti xörəkpaylayan düzəltdik”
S.Həmidova bildirir ki, keçmiş gəlininin qeyri-əxlaqi hərəkətlərinə görə həyat yoldaşı onu evdən qovmağa məcbur olub: “Oruc mənim yeganə oğlumdu, heç bir ana istəməz ki, oğlu bədbəxt olsun. Evlənməyənə qədər oğlum içkinin, siqaretin nə olduğunu bilməzdi. Bütün bunlara Mətanət onu vadar etdi. Mətanəti ona mən bəyəndim, həyat yoldaşımın xalası nəvəsi idi, oğlumun da xoşuna gəldi. Əgər Mətanət oğlumu bəyənmirdisə, niyə toya qədər həftələrlə gəlib bizdə yatırdı. Mən də sevinirdim ki, yəqin istəkdəndi. 18 yaşında onu gəlin gətirdim, hər cür nazını çəkdim ki, oğluma xoş olsun. Evlənəndən 5-6 il sonra işləmək davası elədi. Özüm də tibb bacısı işləyirəm. Onu dəmiryol xəstəxanasında xörəkpaylayan işinə düzəltdik. Gəldi ki, texnikumda oxumaq istəyirəm, pul verin. Pul toplayıb verdik, lakin onu texnikuma düzəldən qadın pulu qaytardı ki, bunun niyyəti başqadır, qoymayın oxusun.
“Məni və qayınatasını döydü”
Oruc sistemdə işləyirdi, rəisi mənə dedi ki, oğlunuz o qədər ürəyiyumşaq, sadəlövh adamdı ki, ondan sistem işçisi olmaz, getsin özünə başqa sənət tapsın. Sonra oğlum Bakı-Soçi qatarında bələdçi düzəldi. Özü əziyyətlə pul qazanıb Mətanətə ən bahalı geyimlər geyindirirdi. Mən də Moskvada saatlarla növbəyə durub Mətanəti də, onun uşaqlarını da ən yaxşı geyimlə təmin edirdim. Bizim bu qayğıkeşliyimizin cavabında o, harınladı. Hətta paralic xəstəsi olan qayınatasını da, məni də döydü. Onun əməllərini ört-basdır etdim ki, oğlumun evi dağılmasın. Amma cidanı çuvalda gizlətmək olmaz. Özü də biz dağlı nəslindənik, namusumuz belə əxlaqsızlığı götürməz.
“Adı Hacı Məmmədovla hallandı”
Onun adı Şüvəlanda restoran müdiri ilə çıxdı. Kişi müğənniləri evinə gətirib qapını bağlayırdı ki, mənə repititorluq edirlər. Oğlum da Soçidə. İndi o müğənnilərdən biri Hacıdır. Onunla elə şəkil çəkdirmişdi ki... Gecələr damın üstünə kişiləri çıxarırdı. Oruc dəfələrlə izinə düşüb onun yalançılığını, əxlaqsızlığını sübuta yetirdi. Orucdan boşanandan sonra həmin restoran müdiri də onu saxlamaqdan imtina etdi, yalançılığının üstündə döyüb qovdu. Boşanandan sonra gedib Türkiyədə nə hoqqalardan çıxdı, adı Hacı Məmmədovla hallandı".
“Oğlunun gözü anadangəlmə qüsurludu”
Daha sonra S.Həmidova bildirdi ki, nəvəsi Kərimin gözünü oğlunun şikəst etməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: “Bizim nəsildə bu xəstəlik var. Mənim anamın da, Kərimin də gözü "ptoz" olub. Bu “ptoz”luq Kərimə də keçdi. Oğlum da, Mətanət də buna görə çox əsəbləşirdilər. Ona görə Kərimi Xarkova əməliyyat olunmağa apardım. Həmin vaxtı da Ülkər doğulub. İndi çıxıb televizora deyir ki, Ülkəri dünyaya gətirəndə tək olub. Özü heç kəsə xəbər etməyib. Oğlunun gözü anadangəlmə elə olub, Oruc kalyaskaya vurmayıb. Əksinə, özü anasıgildə Kərimi yıxmışdı".
“Nəvələrimə görə susdum”
Sözügedən verilişlə bağlı şikayətlənən qadın dedi ki, başqa veriliş vasitəsilə öz sözünü demək niyyətindədir: “İndiyədək nəvələrimə görə dillənmirdim ki, uşaqların ürəyinə xal düşər. Analarının nə səbəbə ayrıldığını bilməsinlər. Artıq dözə bilmirəm, efirə də çıxıb öz sözümü deyəcəm. Amma gərək belə verilişlər vasitəsilə yelbeyin qadınları efirə çıxarıb camaatın vaxtını almasınlar. Yaşımın bu çağında mənim adımın şoularda hallanması ayıbdı, amma bütün bunlara son qoymaq üçün danışmağa məcburam”.
“Sərxoş, əyyaş və qəddar deyil”
S.Həmidovanın hazırkı gəlini Gülsüm Həmidova isə nümayiş olunan həmin verilişin övladlarına psixoloji təsir göstərdiyini bildirdi: “Oğlum-qızım məktəbə getməyə xəcalət çəkir. Onların atası niyə qınaq hədəfi olmalıdır. Mən ailə xoşbəxtliyi istəyən hər bir qadına Oruc kimi ailəcanlı, uşaqcanlı bir həyat yoldaşı arzulayıram. O, heç də deyildiyi kimi sərxoş, əyyaş və qəddar deyil. Qayınanamdan, baldızlarımdan da çox razıyam. Təəssüf edirəm ki, belə verilişlər ailələrə yol tapıb, bizləri də biabır edir”.

2362