Tanınmış repçi brilyant diş qoydurub - FOTO
21 oktyabr 2010 19:27 (UTC +04:00)

Tanınmış repçi brilyant diş qoydurub - FOTO

Lent.az-ın məlumatına görə, amerikalı reper alt çənəsindəki bütün dişlərini çəkdirib və yerinə brilyant dişlər yerləşdirilib.

Artıq Vest yeni dişlərinin təqdimatını da keçirib. O jurnalistlərə açıqlamasında belə deyib: “Brilyant dişlər daha yaxşı görünür. Məncə əsl diş belə də olmalıdır. Həkimlər məsləhət gördü ki, bu dişləri yalnız alt çənədə yerləşdirmək olar, mən də razılaşdım”.

Qeyd edək ki, bu Kanye Vestin ilk qəribə hərəkəti deyil. Hər zaman gündəmdə qalmağı sevən istedadlı repçi 2009-cu ildə “MTV” telekanalının mükafatını alarkən, hədiyyəni təqdim edən qocaman müğənni Teylor Sviftin sözünü kəsmiş və onun hədiyyəsini qəbul etməmişdi. Vestin bu hərəkəti ABŞ prezidenti Barak Obama da münasibət bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar