Murad Dadaşov və Röya Ayxan bir il uşaqlarla gəzəcəklər
02 oktyabr 2010 17:01 (UTC +04:00)

Murad Dadaşov və Röya Ayxan bir il uşaqlarla gəzəcəklər

Lent.az-ın məlumatına görə, şoumen və müğənni “V&V” kompaniyası ilə birlikdə yeni layihəni jurnalistlərə açıqlayıblar.

Layihə Azərbaycanın bütün rayonlarını əhatə edəcək. Ölkənin 13 yaşına qədər istedadlı və yaradıcı gəncləri bu müsabiqədə iştirak edəcək: “Bu günə qədər “Qrand” mükafatı incəsənət adamlarına verilirdisə, indi ən istedadlı uşaqlara veriləcək”.

Murad Dadaşov layihədə niyə məhz Röya Ayxanın rəhbərlik etməsinin səbəbini açıqlayıb: “Biz ikimiz də bu səviyyəyə öz gücümüzlə, əziyyətlə gəlmişik. Qarşımızdakı istedadı anlamaq, ədalətli seçim edə bilmək bizim üçün çətin deyil”.

Röya Ayxan müsabiqədən sonra seçilən istedadlarla teleproqramlarda iştirak edəcəyini, müxtəlif maraqlı layihələrdə yer alacağını vəd edib.

Layihə yanvar ayında start götürəcək. Yanvaradək seçimlər olacaq. Münsiflər heyətində Azərbaycanın seçilən münsiflər heyətin iştirak edəcək. Obyektivliyi qorumaq üçün münsiflərin adları açıqlanmayıb

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049

Oxşar yazılar