Azərbaycanlı müğənni 11 uşağı himayəyə götürüb
Müğənni Lent.az-a açıqlamasında səhnədən uzaqlaşmasının səbəbini Moskvada yaşaması ilə əlaqələndirib: “Artıq qayıtmışam, vətənimdəyəm. Qayıdan kimi musiqi albomu hazırladım, bu günlərdə albomda yer alan “Mənimlə mənsiz” adlı mahnıya çəkdirdiyim klipimi təqdim etdim. Albomda 10 mahnı yer alıb, Aynur Adilqızı, Muxtar Abseynov və “Klan-a-plan” qrupunun bəstələri yer alıb. Yeri gəlmişkən, artıq populyar olan “Mənimlə qal” mahnımın da müəllifləri “Klan-a-plan” qrupudur. Klipi rejissor Fuad Əlişov ekranlaşdırıb”.
Müğənni daha bir missiyanı da öhdəsinə alıb: “Bu günlərdə Turan İbrahimovun proqramına qonaq oldum, verilişə mənimlə bərabər 11 uşaq anası, Azərbaycan vətəndaşı Natalya Volkova da qonaq olmuşdu. O xanımın həyat vəziyyətini gördükdən sonra orda söz verdim ki, albom satışından əldə etdiyim qazancı Volkovanın ailəsinə bağışlayacam”.
Qeyd edək ki, Roza Zərgərlinin çəkdirdiyi klip qrafika stilindədir. Klipin qrafika rəssamı Elnur Əlişov, operatoru Samir Həsənovdur.
Nəzrin

2677