Populyar qadın müğənni qadın həmkarına mahnı yazıb - FOTOLENT
24 sentyabr 2010 13:23 (UTC +04:00)

Populyar qadın müğənni qadın həmkarına mahnı yazıb - FOTOLENT

Bu barədə Lent.az-a məlumat verən müğənni bildirib ki, alboma Aygün Bəylərin onun üçün yazdığı mahnını daxil edib: “Musiqinin sözləri Baba Vəziroğluya aiddir. İlk albomdan fərqli olaraq yeni albomda bir-birindən tam fərqli janrlarda mahnılar daxil ediləcək. Mahnıların sayı çox olduğundan alboma daxil ediləcək mahnıların seçimində bir qədər çətinlik yaranıb. Ona görə də alboma 14-15 mahnı daxil ediləcək”.
Qeyd edək ki, albomla eyni vaxtda Ayanın rəsmi saytı da təqdim olunacaq.


Müğənni efirdə az görünməsinin səbəbini də açıqlayıb: “Bu işlərimin həddən artıq çoxluğu və şəxsi həyatımdakı bəzi problemlərlə əlaqədardır. Şou- biznesdəki klip böhranına baxmayaraq, albomu bitirdikdən sonra oradakı mahnılarımdan birinin klip çəkilişləri start götürəcək. Həmişə keyfiyyətli işlər təqdim etdiyim üçün növbəti klipin də yüksək səviyyədə hazır olacağına əminəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar