Rəqsanə və Üzeyiri aldadıblar
Müğənni Rəqsanə və Üzeyirin oktyabr ayında Yaşıl Teatrda verəcəkləri konsert təxirə düşüb. Lent.az-a daxil olan xəbəri müğənni Rəqsanənin prodüseri Təranə Səmədova da təsdiqləyib.
O, konsertin təşkilatçılarının aranjemançı Vaso (Vüsal Qarayev) və Günel Sərdarqızı olduğunu bildirib: “Vaso ilə Rəqsanə 7-8 ildir tanış olduqları üçün əməkdaşlıq rəsmiləşmədi, yəni müqavilə imzalanmadı. Sonunda da konserti təxirə salmalı olduq”.
Təranə Səmədova verilən vədlərin yerinə yetirilmədiyini deyib: “Reklam çəkilişləri baş tutdu, bizə vəd verilmişdi ki, eksklüziv olaraq “Lider” kanalı konsertin yayımını etməlidir. Lakin son məqamda belə olmayacağını dedilər. Başqa şərtlər də özünü doğrultmadı. Gördük ki, bütün məsuliyyət artıq bizə qalır. Buna görə də imtina etmək məcburiyyətində qaldıq”.
Prodüser Rəqsanənin Üzeyirlə verəcəyi konsert təklifinin təşkilatçılar tərəfindən irəli sürüldüyünü deyib: “Üzeyirin də Rəqsanə ilə birlikdə konsert verəcəyi bizim ideya deyildi. Bilirsiniz ki, Rəqsanə ilə Üzeyirin “Dəli balam” adlı duetləri var. Üzeyir özü insan kimi yaxşı insandır. Bizə elə jest eləyib ki, birlikdə konsert verməkdən imtina etmək mümkün deyildi...”
Nəzrin

1264