Rəqqasə Fatimədən təəccüblü vəd
20 sentyabr 2010 18:16 (UTC +04:00)

Rəqqasə Fatimədən təəccüblü vəd

Rəqqasə Fatimə 15 nəfərdən ibarət rəqs kollektivi qurub. Müğənni bundan sonra həm də kollektivi ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, rəqqasə kollektivə müəllimi İlham Kərimli ilə birlikdə rəhbərlik edir: “Bütün günü məşq edirik. Qeyd edim ki, indiyədək Azərbaycanda belə rəqs kollektivi olmayıb. Hazırda birlikdə hind rəqslərindən ibarət nömrələr hazırlayırıq”.

Rəqqasə rəqslərə artıq özünün də quruluş verdiyini açıqlayıb: “Görün müəllimim məni necə öyrədib ki, artıq özüm də rəqsə quruluş verməyə başlamışam!”

Fatimə xarici ölkələrlə bağlı yeni layihələr hazırladığını da xəbər verib: “Elə bir ölkədən təklif almışam ki, ağlınıza da gəlməz! Lakin hələlik heç nə demək istəmirəm. Türkiyə layihəmdə səbirli oldum, dəqiqləşdirdikdən sonra xəbər verdim. Bu dəfə də belə etmək istəyirəm”.

Rəqqasə Fatimə daha bir vədlə diqqəti özünə çəkir: “Bir də onu deyə bilərəm ki, 2011-də mətbuatı təəccübləndirəcəm!”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar