Rəqsanə Kərimin ittihamlarını cavabsız qoyub
14 mart 2009 16:00 (UTC +04:00)

Rəqsanə Kərimin ittihamlarını cavabsız qoyub

Xəbər verdiyimiz kimi, müğənni Kərim Rəqsanə haqqında açıqlama verib.

Kərimin “məhkəmə məni az qala bütün şəhərə atan və ana-bacısının adı cinayətdə hallanan qadına “cındır” dediyim üçün cəzalandırsa, onda söz verirəm ki, hakimin qarşısında namuslu və qeyrətli Rəqsanə xanımdan üzr istəyəcəyəm” sözlərinə show.az saytı müğənni Rəqsanədən münasibət öyrənib.

Rəqsanə bu mövzuda danışmaq istəmədiyini deyib: “Mən Kərim haqqında heç nə deməyəcəyəm. Məhkəmə ərəfəsində əleyhimə hər hansı bir dəlilin olmasına imkan vermərəm. Kərim bütün dedikləri üçün qanun qarşısında cavab verəcək”.

Müğənni onu da bildirib ki, əslində heç vaxt Kərimi reklam etməyib və belə bir niyyəti də yoxdur: “Kərimin adından danışıb, müxtəlif bəhanələrlə adını mətbuatda hallandıranlara isə heç cavab verməyəcəyəm. Hamının ailəsi göz qabağındadır. Öz gözlərində tiri görməyənlər, başqasında çöp axtarmasınlar!”

Leyla
# 1061

Oxşar yazılar