“Özlərinə “Qala” deyənlər çıxıb fonoqram oxuyurlar” - MÜSAHİBƏ
Düz dörd ildir “Qala” qrupunun keçmiş üzvləri arasında mübahisələr davam edir. Hazırda “Qala” adı ilə iki qrup fəaliyyət göstərir. “Qala”nın ilk solistlərindən olan Emil Zakirov və Vaqif Muxtarzadə Lent.az-a verdikləri müsahibədə əsl “Qala” qrupunun üzvləri olduğunu, “Qala”nın keçmiş prodüseri Asifin qrupun adından istifadə edərək yenidən “Qala” qrupu yaratdığını demişdilər.
Qrupun ilk solistlərindən olan Ceyhun Əliyev isə digər üzvlər - Elşad İmanov, Xəyyam Xəlilov və qrupun rəhbəri Elşən Həsənovla birlikdə redaksiyamıza gələrək, əsl “Qala” qrupunun özləri olduqlarını iddia etdilər.
Qrup üzvləri Lent.az-a müsahibədə qarşı tərəfin onların fəaliyyətinə mane olduğunu dedilər.
- Emil, Vaqif və Rövşənin fəaliyyət göstərdikləri Qala qrupu bu iddianı aylar öncə etmişdi. Niyə məhz bu gün etiraz etmək fikrinə düşdünühüz?
- Ceyhun Əliyev: Düzdür, “Qala” kimi onlar özlərini efirdə tanıda bilməyiblər. Lakin bu adla hər yerdə - məclislərdə, el şənliklərində çıxış edirlər. Misal üçün, toy sahibi gəlir və bizə deyir: “Ötən dəfə sizin uşaqlar hansısa el şənliyində yaxşı oxumayıblar”. Axı, Elşad da, Xəyyam da, mən də oxumağı bacarırıq. Camaat nəyə aldanır? Emil ilk gündən “Qala”da çıxış edib, ona görə də hamıya elə gəlir ki, o əsl “Qala” qrupunun solistidir. Özlərinə “Qala” deyənlər çıxıb fonoqram oxuyurlar. Vaqiflə Emil oxuyan deyil, getsin həkim olsun, Emil də biznes qursun. Allah onlara səs verməyib, hər yerindən duran müğənni olsaydı, nə olardı?”
- Bəs niyə “Qala” qrupu kimi ortada yeni məhsulunuz yoxdu?
- Ceyhun Əliyev: Mən də Elşən müəllimə dedim ki, gəlin “Qala”nın ilk tanındığı mahnıya klip çəkdirək. Qoy camaat görsün ki, əsl “Qala” bizik.
- Niyə məhz o mahnıya, digər qrup üzvləri bu mahnını oxuya bilməz?
- Elşən Həsənov: Söhbət mahnıdan getmir. Sadəcə, “Qala” yarandığı gündən oxuduğu mahnıların bütün müəllif hüquqları əsl “Qala” qrupuna aiddir.
- Ceyhun Əliyev: “Qala” qrupu Ədalət Şükürovla, Röya ilə oxuduğu duetlə tanınıb. Özlərinə “Qala” adı verənləri o hit mahnılara görə el şənliklərinə dəvət edirlər, lakin onlar el şənliklərində heç nə edə bilmirlər. Allaha acıq getməsin, istedad yoxdur da, bu insanlarda.
- Yeri gəlmişkən, qrup üzvləri “Qala”nın Ədalət Şükürovun köməkliyi yarandığını deyir.
- Ceyhun Həsənov: Xeyr, qrupu yaradan Elşən müəllimdir. Üstəlik, bədii rəhbər kimi bizdə Asif Rzayev çalışırdı. Hazırda isə Namiq müəllimlə işləyirik.
- Haqqında danışdığınız “Qala” qrupu Asif Rzayevi məhkəməyə verib. Qrup üzvləri fəaliyyətləri dönəmində Asif Rzayevin onların zəhmət haqlarını mənimsədiyini deyir.
- Mən “Qala” qrupuna gələndə o dərəcədə el şənliklərində iştirak etmirdi. Sonralar biz ay ərzində 20-25 el şənliyində çıxış etməyə başladıq. Qaldı Emilin zəhmət haqqı tələb etməsinə, Emil oxumurdu. Emili ona görə saxlayırdıq ki, etibarlı adam hesab edirdik. Vaqif Elşən müəllimə deyirdi ki, onu götürməyin, səsi yoxdur. Elşən müəllim onu qrupa gətirdi, çörək verdi. Böyüyünün üzünə ağ olan çörək tapmır. Elə oldu ki, bu uşaq bizi aldatdı, sonradan gəlib dedi ki, Elşən müəllim, mən peşman olmuşam, Elşən müəllim də dedi, ay bala, sən özün getmisən. O insan oxuya bilmirdi. Dəfələrlə uşaqlar şikayət edirdi ki, o oxuya bilmir, niyə bizim qədər qazanc alsın?
- Niyə hazırda Asif Rzayevlə çalışmırsınız?
- Bizim Asif Rzayevlə heç bir ədavətimiz yoxdur. Sadəcə, yollarımız ayrıldı.
- Elşən və Vaqif deyir ki, “Qala” Sumqayıtda yaranan qrupdur, biz də sumqayıtlıyıq. Amma sizin sumqayıtlı olmadığınızı iddia edirlər.
- Ceyhun Əliyev: Mən alnıaçıq deyə bilərəm ki, “Qala” qrupunun üzvüyəm.
- Elşən Həsənov: Düzdür, Vaqif ilk gündən mənim yanımda olub. Bircə mahnı oxutdurmaq istədik, alınmadı. Fikirləşirdik onu üzv edək, lakin iki-üç ay qaldı, gördük alınmadı, onsuz orduya yollanmalı idi, əsgər gedirdi. Mənə elə gəlir ki, kimsə onları aldadıb, Emil cavan uşaqdır. Deyiblər ki, onsuz da “Qala”nı sənin simanla tanıyırlar. Orda-burada deyir ki, mən Elşən müəllimdən üzr istəmək istəyirəm, deyirəm lazım deyil. Bizim onlarla pinsipimiz yoxdur.
- Onların başqa iddialarından biri də, “Qala” qrupunun rəsmi sənədinin onlara aid olmasıdır...
- Elşən Həsənov: “Qala”nı yaradanda ilk gündən rəsmi sənəd yox idi. Müalicəyə getməzdən əvvəl uşaqların yadına saldım ki, gedim, gəlim, qrupun adını rəsmiləşdirək. Mən gələnə qədər Emil qrupu öz adına keçirdi. Sonra dedi, mən ayrı qrup açası deyiləm ki, sadəcə, rəsmiləşdirdim. Onların “Qala” adını rəsmiləşdirməyi hər şey demək deyil, o qədər “Qala” restoranı , “Qala” adlı obyekt var ki! Məndə olan sənədləri istəsəniz, göstərə bilərəm.
- Ceyhun Əliyev: Elə adamlar var, yalandan deyirlər ki, filankəs bizi aldatdı, pulumuzu yedi, lakin biz onu deyə bilmərik.
- Siz onları özünüzə rəqib görürsünüz?
- Ceyhun Əliyev: Biz necə onları rəqib görə bilərik, axı onlar musiqidən anlamırlar, nəsə göstərsinlər, mən razılaşım.
- Bəs siz özünüz sonuncu dəfə nə vaxt klip çəkdirmisiniz?
- Ceyhun Əliyev: Elşən müəllim deyir ki, “sizi” raskrutka edəcəm, lakin heç kim deməyəcək ki, gedirəm.
- Elşən Həsənov: Artıq uşaqlarla şərt kəsmişik, gedəcəksinizsə, onda bu qədər işlər görüləcək, məcbur deyil qalasınız, indidən gedin. Onlar da məsləhətləşib şərtimlə razılaşdılar.
- Fərz edək ki, hamı sizin əsl “Qala” qrupunun üzvü olduğunuza inandı. Bəs sonra, bundan sonra nə etmək fikrindəsiniz?
- Ceyhun Əliyev: Biz artıq nə isə etməyə başlamışıq. Yenidən klip çəkdirəcəyik. Fəaliyyətimizi gücləndirəcəyik. Əsl “Qala”nın biz olduğumuzu sübut edəcəyik.
Lalə Yusifqızı

2307