ŞOK! Rəqsanənin 117 minlik “Range Rover”i əlindən alınıb – EKSKLÜZİV
11 mart 2009 15:30 (UTC +04:00)

ŞOK! Rəqsanənin 117 minlik “Range Rover”i əlindən alınıb – EKSKLÜZİV

“Pulunu ödəyə bilməyəcəkdisə, nə üçün o cür bahalı maşın alırdı?”

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyilə məşhur müğənni Rəqsanə İsmayılovanın Yasamal rayon Məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətinə baxılıb. Lent.az-ın müxbiri məhkəmə prosesindən xəbər verir ki, Rəqsanə 2006-cı ildə “Pareks lizinq And Faktorinq” MMC ilə müqavilə bağlayaraq lizinq yolu ilə “Range Rover Sport” markalı xarici avtomobil alıb. Avtomobilin qiyməti 117 min ABŞ dolları olub. Müğənni əvvəlcədən 25 min dollar ödəyib. Lakin bir müddət sonra şirkət müğənninin avtomobilini geri alıb. Buna səbəb müğənninin ipoteka qaydalarının lizinqdə tətbiq olunmasını istəməsi olub. Qarşı tərəf isə bununla razılaşmayıb.

Müğənni bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edərək, MMC ilə bağlanmış müqavilənin etibarsız sayılmasını, avtomobilin hərrac yolu ilə satılmasını, əldə olunan vəsaitlə öz pulunun geri qaytarılmasını, qalan pulun isə qarşı tərəfə çatmasını istəyib. Lakin rayon məhkəməsi bu il yanvarın 16-da çıxardığı qərardadla qalmaqallı müğənninin iddiasını təmin etməyib.

Onu da bildirək ki, müğənni Rəqsanə Dövlət Yol Polisi İdarəsində avtomobili öz adına sənədləşdirib və avtomobilə “10-JR-090” dövlət nömrə nişanı verilib.

Bu gün keçirilən məhkəmə prosesində müğənninin vəkili Xalid Bağırov çıxış edərək bildirib ki, Rəqsanənin MMC-nin nümayəndələri ilə şəxsi münasibətlərinin olduğunu (vəkil müğənninin konkret olaraq MMC rəhbərliyi, yoxsa şirkətin sıravi nümayəndələrilə şəxsi münasibətlərinin olduğunu deməyib - P.A.) önə çəkərək tərəflər arasında bağlanmış müqavilənin düzgün rəsmiləşdirilmədiyini deyib: “Şəxsi münasibətlər olub, bu səbəbdən də qarşı tərəf kredit verməyə razı olub. Ancaq müqavilə düzgün rəsmiləşdirilməyib”.

“Pareks lizinq And Faktorinq” MMC-nin hüquqi nümayəndəsi, vəkil Siracəddin Kərimov isə Rəqsanənin televiziya və qəzetlərdə çıxış etdiyini xatırladaraq, müğənninin əqli cəhətdən normal adam kimi göründüyünü deyib. O, həmçinin müğənninin vəkilinə “müqavilə bağlanarkən Rəqsanə xanıma hansısa təzyiq edilibmi” sualını verib. Lakin qarşı tərəf sualı cavablandırmaqdan imtina edib. Müğənninin vəkili deyib ki, kredit müqaviləsi bağlayarkən əksər şəxslər onun şərtlərini oxumur.

S.Kərimov isə təmsil etdiyi qurumun müştərilərlə bağladığı müqavilələrin mətninin eyni olduğunu bildirib. “Əgər pulunu ödəyə bilməyəcəkdisə, nə üçün Rəqsanə xanım o cür bahalı maşın alırdı?!” – deyə, o əlavə edib.

Hakim Mirzə Tağızadə isə tərəfləri barışığa çağırıb. MMC-nin vəkili isə qarşı tərəflə barışıq əldə etmə ehtimalının olmadığını bildirib. Belə olanda hakim “hər halda, siz gedin şirkətin rəhbərliyinə barışıq təklifini çatdırın” deyib. Hakim həmçinin Rəqsanənin vəkilinə də analoji təklifin müğənninin özünə çatdırılmasını istəyib.

Məhkəmə prosesi davam edir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1897

Oxşar yazılar

Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41