Nazpəri Dostəliyeva ölkədə ən bahalı albomu çıxaracaq
Xalq artisti Nazpəri Dostəliyevanın “İsti-İsti” adlı yeni albomu işıq üzü görəcək.
Bu barədə Lent.az-a müğənninin prodüseri Hüseyn Cavadzadə verib. O, albomun martın ortalarında satışa çıxarılacağını deyib. Diskdə Emin Sabitoğlu, Faiq Sücəddinov, Natiq Qəzənfəroğlu, Vüsalə İlyasova və digər bəstəkarların mahnıları yer alacaq.
H. Cavadzadə Türkiyədə hazırlanan albomun Azərbaycanda ən keyfiyyətli və bahalı disk olacağını deyib: “Albom Türkiyədə istehsal olunacaq. Adətən, insanlar disk alıb təkcə qulaq asırlar. Nazpəri xanımın yeni diski çox fərqli olacaq. Diskin içində proqramlaşdırılmış xüsusi menyu olacaq. İstifadəçilərin diskdə musiqi dinləmək, fotoşəkillərə baxmaq, klipə tamaşa etmək və müğənninin rəsmi saytına baxmaq imkanı olacaq. Hələlik tamamlanma işləri gedir, məbləğ tam olaraq qətiləşməyib, hazırlıqdan sonra diskin qiymətini ilk olaraq Lent.az-a açıqlayacağıq”.
Qeyd edək ki, müğənni həm də www.nazperi.com saytı yenilənmiş şəkildə istifadə verəcək. Bundan başqa o, aşıq musiqilərindən ibarət ikinci albomunu təqdim edəcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Hadisə dələduzluğa məruz qaldı - Şikayətçi oldu
13 avqust 2025 , 17:58
İrem Dericiyə bu formada gündəmə gəldi - VİDEO
13 avqust 2025 , 15:03
Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...
13 avqust 2025 , 12:28
Tamaşaçılara söyüş söyən “Diva” gündəmdən düşmür
13 avqust 2025 , 11:23
Azər Axşam: "Ölməmişəm, bunu yayanlara nə deyə bilərəm?" - VİDEO
13 avqust 2025 , 11:08
Dünyaca məşhur iki ulduz eyni kişiyə aşiq oldu, hələ də gileylidilər
12 avqust 2025 , 17:35
Estetik əməliyyatlar məşhur ifaçını EYBƏCƏRLƏŞDİRDİ
12 avqust 2025 , 13:22