“Rəqsanə verilişimə çıxandan sonra digər proqramlara pulsuz çağırılmağa başladı” – MÜSAHİBƏ
“Əyri-düz” proqramının aparıcısı Turan İbrahimov şou-biznesdəki mənfi hallarla mübarizə apardığını deyir. Onun sözlərinə görə, şou-bizneslə bağlı verilişlərin aparıcılarının heç biri jurnalist deyil. Teleaparıcı Lent.az-a müsahibəsində özünün bu sahədə yenilikçi olduğunu vurğulayıb.
- Çox teleaparıcı var ki, verilişin qonağı ilə açıq danışır, müəyyən qüsurları deməkdən çəkinmir...
- Ümumiyyətlə, bizdə verilişlərə qonağı dəvət edirdilər, aparıcı müdaxiləsiz-filansız sual verirdi və müğənninin cavabını gözləməli olurdu. Verilişdə qonaqla aparıcı arasında diskussiya, söhbət formatını ilk dəfə mən tətbiq etdim. İlk dəfə idi ki, efir məkanında verilişə aparıcıya görə baxmağa başladılar. Qonaqları qıcıqlandırmağa başladım, bunu əminliklə deyirəm. Bizdə ancaq tərif və şişirtmə var idi. Qəzetlərdə kəskin yazılar olurdu, lakin ona tənqid demək olmazdı. Bir az qara, çirkin formada idi. Qəzetdə həmin şəxsin söz demək imkanı yoxdur, amma efirdə müsahib nə isə söz deyəndə ona qarşı çıxır.
- Sizə qarşı yönələn iradlardan biri də şəxsi mövqedən çıxış etməyinizdir. İxtisasca jurnalistsiniz və belə halların əslində peşə qaydalarına zidd olduğundan xəbərdarsınız.
- Mən təhsil baxımından peşəkar jurnalistəm, amma şou sahəsində heç kimə jurnalist demək olmaz. Araşdırma aparmıram, öyrədən, insanlara bilgi verən bir şey etmirəm. Sadəcə tolk-şou ilə məşğulam, məqsədim odur ki, tamaşaçını televiziya qarşısında oturmağa məcbur edim. Tamaşaçımın da sayı çoxalsın, reklam gəlsin və kanala gəlir gətirməklə özüm də gəlir əldə edim, sırf kommersiyadır. Bu gün mən jurnalistika ilə məşğul olmuram, televiziya işçisiyəm. Əgər xəbərlərdə işləsəydim, siyasi müzakirə verilişi aparsaydım, onda özümü jurnalist hesab edərdim. Mirşahin də jurnalist oldu, mən də jurnalist, axı ayıbdır...
Nə mən, nə “Yağ kimi”nin aparıcısı Zaur Baxşəliyev və digər şou formatında veriliş aparanlar jurnalistdir.
O ki qaldı iradlara, jurnalistin mövqeyi olmamalıdır, bununla qətiyyən razı deyiləm.
- Jurnalistin o vaxt söz haqqı olur ki, müəyyən kütləni artıq öz ardınca apara bilir. Bu gün siz əminliklə “öz auditoriyam və söz haqqım var”, deyə bilərsinizmi?
- Cəmiyyətdə istənilən vətəndaşın söz demək haqqı var. İkincisi, auditoriyamın olmasını yüz faiz deyə bilərəm. Əgər mən “ATV”-də ən ucuz maliyyə hesabına yüksək reytinqli veriliş aparırdımsa, demək auditoriyam var. Mən heç vaxt “düz deyirəm”, demirəm, sadəcə düz olanı deyirəm. Verilişimdə cəmiyyətdə dolaşan fikirləri cəmləşdirib insanların dilindən deyirəm. Əgər o şəxslər insanları yanıltmaq üçün efirdə bəzi yalan deyirlərsə, mən də məcburam insanların fikirlərini çatdıram. Bu yaxınlarda “El içində” verilişində bizim hörmət etdiyimiz şəxslər birbaşa efirdə millətin səviyyəsinin olmadığını dedilər. Bizim millətin hər bir vətəndaşının dövlət quruculuğunda öz haqqı var. Onlar ən azı ölkə rəhbərini özləri seçmək hüququna malikdirlər. Deyirsiniz, belə hallarda mən söz hüququmdan istifadə etməyim?
- Əgər qonaq verilişə gələndə tənqid eşidəcəyini bilirsə və bunu qəbul edirsə, niyə qıcıqlanır? Bu barədə həmin şəxslərə sual vermisiniz?
- Rəqsanə indiki qədər populyar olmayan vaxtlarda verilişimə qonaq gəlmişdi. Ona yönələn tənqidlər elə reklam gətirdi ki, efirə pulla çıxan Rəqsanəni artıq pulsuz efirə çağırmağa başladılar. Başqaları da “antireklam reklamdır” düşüncəsi ilə verilişə gəlməyə başladı. İndi mən nadir halda kimisə verilişə çağıranda “yox” cavabı eşidirəm. Bəziləri də kök olduğu üçün kresloda oturmaqda çətinlik çəkir və gəlmir.
- İndiyə qədər verilişə gəlməkdən imtina edən qonaq olmayıb?
- Bircə dəfə Lalə Məmmədovanı o verilişə qonaq çağıranda özünü orada görmədiyini deyib.
- Veriliş təzə yayımlananda Turan danışırdı, qonaq mühafizəyə çəkilirdi. İndi yeni forma müşahidə olunur. Turan danışır və qarşı tərəf “hücuma keçir”.
- İnsana necə qiymət verilir? Danışandan sonra. Qonaq mənə çox söz deyə bilər, baxır hansı şəkildə...
İndi müğənni verilişə gələndə Turanı susdurmaq məqsədi ilə gəlir. Onda da gülünc vəziyyətə düşür. Çünki istər-istəməz bəzi həqiqətləri dinləməli olur. Natəvan Həbibi ilə ailəvi səviyyədə yaxşı münasibətlərimiz var idi. Natəvan verilişə gəldi. Verilişdən sonra mənə hədə-qorxu gəlməyə, proqramı efirə verəcəyim təqdirdə mənimlə dostluğu kəsəcəyini və başqa şeylər deməyə başladı. Mənimsə bir prinsipim var, kim olursa-olsun əgər bu verilişi çəkmişəmsə, mütləq efirə getməlidir. Natəvanın deməyilə məndə heç nə dəyişmədi ki? Bir müddət keçəcək yenə mənimlə barışacaq.
- Dediniz ki, Rəqsanə verilişə çıxandan sonra populyarlaşdı, digər proqramlara çağırıldı. Bəlkə biz kimlərisə çox tənqid etməklə onları xalqa daha da yaxınlaşdırırıq, populyarlaşdırırıq...
- Balaca qız uşağı televizora baxır və görür ki, sözün müxtəlif mənalarında yaxşı olmayan kiməsə xanım deyilir, hörmət göstərilir, o da ona bənzəməyə çalışır və gözündə ideallaşdırır. Mənsə onların mükəmməl olmadıqlarını göstərməyə çalışıram. İstər-istəməz insanlar ideallaşdırdıqları şəxslərin heç də fərqli olmadığını görürlər.
- Siz bu qədər tənqidlə onlarda müsbət dəyişiklik əldə etdiyinizə inanırsınız?
- Yüz faiz. Ən azından efirdə açıq-saçıqlıq kütləvi tənqidlərdən sonra yığışmağa başlayıb. Fikir verin, indi çoxu özünü ailəli, imanlı təqdim etməyə çalışır. Artıq cəmiyyətin dəyərləri başqa cür olub. Hazırda mən başda olmaqla, falçıların əleyhinə çıxırıq, tənqid edirik, lakin şou-biznes nümayəndələrinin 90 faizi falçı yanına gedir. Amma efirə çıxıb bunu pisləyirlər, eybi yoxdur, özləri getsinlər, heç olmasa, tamaşaçılarda pis rəy formalaşdırmasınlar.
- Bu, dəyişiklik demək deyil. Müəyyən bir şəxsdə radikal dəyişiklik olub?
- Siz ani soruşduğunuz üçün hazırda konkret misal göstərməyə çətinlik çəkirəm. Ancaq onu deyə bilərəm ki, çoxu tənqidlərdən nəticə çıxardığını deyib. Müğənni Elçin Hüseynov mənim sayəmdə geyimində dəyişikliyi etdiyini şəxsən özü etiraf edib. Nadir Qafarzadə qab sındırmaq, ağlamaq və başqa əməllərini məndən sonra yığışdırdı.
- Qonaqlar o tənqidləri pul müqabilində eşidirlər?
- “ATV” kanalında tanınmış müğənnilər istisna olmaqla, bütün qonaqlar proqrama pulla gəlirdi. “Lider” kanalında isə qonaqlar efirə pulsuz çıxırlar.
- Kimsə rüşvətlə sizi susdurmağa cəhd göstərib?
- Tam səmimi deyim, olub. Müğənni Cəmilə dəfələrlə onu verilişə çağırmağımı xahiş etdi. Sözün düzü, onun keyfiyyətini anlaya bilmirəm. Bir fakt var ki, Cəmilə hansı verilişə çıxsa, ən populyar proqramların reytinqini əldə edir. İnsanlar ya əylənmək üçün, ya da başqa səbəbdən onu izləyir. Axır ki, mən onu verilişə çağırdım. Proqrama gələndə toyumda iştirak etmədiyi üçün toy hədiyyəsi aldığını dedi və mənə təqdim etdi. Hədiyyəni qəbul etmədim, verilişimi də qaydasında efirə verdim. Sonra o hədiyyəni həyat yoldaşıma verməyə çalışdı. Mən hamıya, hətta dostlarıma belə başa çalmağa çalışıram ki, bu verilişdə teleaparıcı Turan İbrahimov yox, sadəcə obrazdır.
- Bəzi verilişlərdə obraz yerinə Turan İbrahimov görünür. Misal üçün, Faiq Ağayevlə veriliş çox səmimi və atmacalarsız ötüşüb.
- Yox, razı deyiləm. Faiq Ağayev ilk dəfə verilişimə gələndə özündən o qədər çıxmışdı ki! Mən onu bir neçə dəfə verilişimə çağırmışam, yəqin siz onlardan yalnız birini izləmisiniz. O qədər iradım olmuşdu ki! Faiq Ağayevin Faiq Ağayev olma səbəbi o idi ki, vaxtilə estradada bir nəfər idi. Bu gün o çoxluğun arasında estradaya gəlsəydi, Ayaz, Zamiq, Elton və bu qəbildən olan müğənnilərin arasında mümkün deyildi ki, nəsə əldə etsin. Onu özünə “cənab qızıl şlyaqer” adını verməsinə qədər tənqid etmişəm. “Cənab qızıl şlyaqer” mahnıya verilib, özünə verilməyib ki! Bütün bu fikirlərin hamısını eşidib. Diplomatik, səbirli olan adam verilişdə qışqıra-qışqıra danışırdı, hətta deməyə söz belə tapmırdı.
- Elə bir qonaq varmı ki, onu verilişə dəvət etmək istəmisiniz, o formatda görə bilməmisiniz?
- Əlbəttə, misal üçün Alim Qasımovun bu proqramda yeri olmaz, verilişin onun üçün bəsit olduğunu düşünürəm. Nazpəri Dostəliyevanı, Zülfiyyə Xanbabayevanı çağırmaq istərdim, təbii ki, onların o qədər qüsuru var ki...
Onların görünüşlərinin yox, formata uyğun olub-olmaması məsələləri də var.
- Yəni, demək istəyirsiniz onlar qüsurları ilə cəmiyyətə mənfi nümunə deyillər?
- Bəli.
- Şou-biznesdə paxıllıq, intriqa var, bunu hamı bilir. Bir müğənni digərinin haqqında proqram üçün material, informasiya ötürür?
- Mən heç vaxt o yola getmərəm ki, kimsə mənim əlimlə başqasını vursun. Onda mən Turan olmaram ki!
- “ATV”-dən “Lider”ə getdiyinizə görə peşman deyilsiniz ki?
- Qətiyyən. “ATV”-nin rolunu istisna etmirəm. Bir şey də var ki, vaxtilə heç kim risk edib “ATV”-dən uzaqlaşmırdı. Qorxurdu ki, başqa kanalda itib-batar. Səs-küylə “ATV”-dən gedib geri qayıdanlar da var. Bu, özünə inanmayan insanlardır. Onlar “ATV”-nin hesabına adam olanlardır.
Lalə Yusifqızı

2315