Röya və Zamiqi bahalı hədiyyələrlə razı salan şəhər
17 avqust 2010 18:00 (UTC +04:00)

Röya və Zamiqi bahalı hədiyyələrlə razı salan şəhər

NarMobile-ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə ilə keçirilən “Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq 16 avqustda Şirvan şəhərində Heydər Əliyev adına Meydanda açıq havada konsert proqramı ilə çıxış ediblər.

İki saat yarımlıq konsertdə ənənəvi olaraq Samir Bayramlı və Sevinc Ağaşirinova aparıcılıq missiyasını yerinə yetirib. Şirvan şəhər Icra Başçısı Hacı Mərdan camalov konsertdə sənətçilərə uğurlar arzulayıb, özü də proqramı izləyib.

15 mindən çox tamaşaçının izlədiyi konsertdə sənətçilər Röya və Zamiqi razı salan bir sıra maraqlı məqamlar olub. “Röyayam” mahnısı ifası zamanı yaşlı kişi səhnəyə çıxaraq Röya Ayxanınnın yanında qol qaldırıb oxuyub, müğənnini ifası ilə müşayiət edib. Müğənni qeyri-adi sevgi qarşısında özünü itirib.

Şirvan şəhəri turne müddətində ən sənətçilərə ən bahalı hədiyyələr və gül dəstələri təqdim edən məkan kimi də yadda qalıb. Rayon rəhbərliyi səhnə arxasında bütün təşkilatçılar və heyət üçün gözəl süfrə açıb.

Qeyd edək ki, konsert turu 12 iyul tarixində Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən “Doğma diyar” konsert turunun “NarMobile” tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığına işarə edir. Konsertlərdə iştirak edən sakinlər NarMobile-dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, NarMobile abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər.

Şirvan konsertində kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə, şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafiki əldə edə biliblər.
Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən “Nar Mobile” abunəçiləri, mobil telefon qazanmaq şansını əldə ediblər.

“Doğma diyar” layihəsinin informasiya dəstəyi “RÖYA” jurnalına, eksklüziv yayım hüququ isə “LİDER TV”-yə məxsudur.

Növbəti konsert avqustun 19-da Lənkəranda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar