Röya Ayxandan Aygün Kazımovaya sürpriz
16 avqust 2010 11:00 (UTC +04:00)

Röya Ayxandan Aygün Kazımovaya sürpriz

Bir neçə gün öncə Bakıya konsert üçün gələn türkiyəli müğənni Yusif Güneyin konserti Azərbaycanın iki məşhur sənətçisi arasında soyuq barışığı hərarətləndirib. Lent.az-a daxil olan məlumata görə, “Metkartinq” əyləncə mərkəzində verdiyi konsertdən sonra Nabrandakı istirahət məkanlarından birində çıxış edən Aygün Kazımova və türk müğənnisi Yusif Güneyi Röya Ayxan və həyat yoldaşı Anar izləməyə gəlib.

Röyanın gəlişi konsertdə ajiotaj yaradıb. Aygün Kazımovanın pərəstişkarları Röyanı sevinclə qarşılayıblar.

Kazımova səhnədə hər ikisinin repertuarında yer alan “Təkcə səni” adlı mahnını da oxuyub. Röya oturduğu yerdə xalq artistini ifası ilə müşayiət edib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar