Telli Borçalı: “Mən heç bilmirəm bar harda yerləşir”
“Aşıq Ədalət bilməlidir ki, hər aşığın bir dövranı var”
“Birincisi, mən heç bilmirəm bar harda yerləşir. Mən heç vaxt barda olmamışam. Ümumiyyətlə, bilmirəm bar nədi. Mənim geyimim də, danışığım da, oturuşum da bəllidir. İkincisi də, məni millət, xalq gözəl tanıyır. Telli Borçalının necə aşıq olduğunu, toyu necə apardığını hamı bilir. Bir iki adamın deməyilə nə olacaq ki? Aşıq Ədalətdi də, ustadımızdı, ağsaqqalımızdı, deyib, canı sağ olsun. Böyüyümüzdü, nə desə ixtiyarı var”.
Bunu Lent.az-a açıqlamasında Aşıq Ədalət Nəsibovun ona qarşı səslənən fikirlərinə, sərt ittihamlarına münasibət bildirərkən aşıq Telli Borçalı deyib.
O, qadından aşıq olmaz fikirlərilə razı olmadığını bildirib: “Bir müddət əvvəl Əli Quliyev də belə bir fikir səsləndirmişdi. Qadın aşıqların nəyi pisdi ki? Bu sənəti qadın da, kişi də öyrənirsə, nə dəxli var? Sən də eyni sənəti daşıyırsan, mən də. Qadın, kişi söhbəti nəyə lazımdır anlamıram. Sənət göstərmək lazımdır. Qadından siyasətçi olur, səngərdə vuruşur, prokuror, deputat olur, amma aşıq olmur? Düzgün deyil axı”.
Telli Borçalı Aşıq Ədalətin heç bir aşığı sənətkar kimi qəbul etməməsini də etirazla qarşılayaraq bu gün sənətdə ustad sənətkarların olduğunu söyləyib: “Əslində elə deyil axı. O, düz demir. Nə qədər ustad sənətkarlar var. Bilmirəm o, niyə elə deyir. Ədalət də bilməlidir ki, hər aşığın bir dövranı var. Telli də belə qalmayacaq. Onun yaşına çatan vaxtı olacaq. Amma mən heç vaxt demərəm ki, aşıq sənəti dayanıb, mənlə də qurtarıb. Elə şey yoxdur. O qədər gözəl sənətkarlarımız olub və var. Mənə bir dövlət məmuru zəng vurdu. Dedi “yazını oxudum, çox güldüm”. Soruşdum niyə. Deyir, “o, ağsaqqal adamdı, sənətinin şahıdı. Amma belə danışıq ona yaraşmır”. Mənə maraqlıdır ki, qadın aşıqlardan ancaq mənim adım çəkilir. Deməli mən üzdəyəm ki, hamı məndən danışır da. İnsanların sevgisini pulla qazanmaq olmaz. Amma mən o sevgini qazanmışam. Düzdür, hamı məni çox istəyə bilməz. Bütün gözəl sənətkarlar haqqında olar-olmaz sözlər həmişə yazılıb. Mən də hələ dənizdə bir damlayam. Demirəm ki, mən belə aşığam, məndən yoxdur. Ancaq belə sözlər doğru deyil. Özü də mən bu sənətə birdən-birə gəlməmişəm. Babamın babası İranda çox güclü aşıq olub. Nəsilbənəsil də ötürülüb. Mənim nəslimdə şöhrət ordenli aşıqlar var. Mən yenə deyirəm, Ədalət əmidir də, yəqin hirslənib. Amma Ədalət əmi, vaxtilə sən meydan sulayırdın, bütün sərhədləri qırırdın. Bu gün də başımızın tacısan, şahımızsan. Amma nə mənada, nə məqsədlə bu sözləri demisən, bilmirəm”.
Xəyalə Muradlı

2436