Rejissor rəqqasə Oksana barədə danışdı: “Bəli, mən onu sevirəm!”
16 iyul 2010 16:00 (UTC +04:00)

Rejissor rəqqasə Oksana barədə danışdı: “Bəli, mən onu sevirəm!”

“Hər kişi istəyər ki, Oksana kimi sevgilisi olsun! ”

Bir-birinin ardınca çəkdiyi 4 klipdə rəqqasə Oksana Rəsulovanı baş qəhrəman edən rejissor Nail Naiboğlu sevgi şayiələrinə hədəf olub. Artıq onların arasında sevgi münasibəti olduğu iddia olunur. Rejissor söz-söhbətlərə Lent.az-da münasibət bildirib: “Oksana ilə aramızda sevgi xəbərini eşitməkdən, bu suala cavab verməkdən təngə gəlmişəm. Onun xətrini dünyalar qədər istəyirəm. Hər kişi istəyər ki, Oksana kimi gözəl sevgilisi olsun. Bəli, mən onu sevirəm. Amma bir dost kimi... Bizim münasibətlərimiz dostluqdan basqa bir sey deyil. Çünki mənim ailəm var. Bizim Oksana ilə yollarımız şəxsi həyatda ayrı-ayrıdır”.

Rejissor necə tanış olduqlarını danışıb: “Onunla ilk dəfə İzzətin klip çəkilişi zamanı tanış olmuşuq. Çəkiliş bitəndə Oksana qonorardan imtina etdi. Daha sonra mən onu türk müğənniləri Orxan Ölməz və Küçük İbonun kliplərində oynamağa dəvət etdim. O yenə qonorar almadı. Mən də onun istəyi ilə öz qonorarımdan imtina edərək, əlil Murad Sadıx üçün pulsuz klip çəkdim. Yəni bu qədər yaxın dostluğumuz var”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar