Ebru Gündəş: “Ana olmaq istəyirəm”
06 iyul 2010 12:30 (UTC +04:00)

Ebru Gündəş: “Ana olmaq istəyirəm”

Bu ilin fevralında Azərbaycan əsilli iş adamı Reza Zarrabla ailə quran müğənni Ebru Gündəş ana olmaq istəyir.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Malpas” otelində səhnəyə çıxan və 1500 nəfər önündə mahnıları oxuyan Ebru Gündəş konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Hamilə olması və bunu gizlətməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirən Ebru Gündeş ana olmaq və övlad böyütməyi çox istədiyini bildirib: “Allah nəsib edərsə, ana olmaq və bu gözəl duyğunu yaşayaraq uşağımı qucaqlamaq istəyirəm. Hamilə qalsam, bunu heç kimdən gizləmərəm. Çünki hamiləliyimi gizlətməmə heç bir səbəb yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar