Bakıda “İstanbul Fashion show” sərgisi açıldı
İyunun 25-də Bakıda növbəti dəfə keçirilən “İstanbul Fashion show” sərgisinin açılışı olub.
Lent.az-ın məlumatına görə, açılışda layihənin təşkilatçılarından biri olan Türkiyənin “Meridyen” Beynəlxalq sərgi şirkətinin rəhbəri Oğuz Yalçın bildirib ki, ilk sərgi uğurlu olduğundan belə bir sərginin növbəti dəfə də təşkil olunması qərara alınıb. Sərgidə Türkiyənin 40-a qədər şirkətinə məxsus kişi, qadın və uşaq geyimləri, ayaqqabılar sərgilənib. Şirkətlər sırasında yeniləri ilə yanaşı, ötən dəfə sərgiyə qatılanlar da olub.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev belə bir sərginin təşkilinin önəmli olduğunu deyib. Türkiyə şirkətlərinin məhsullarını Azərbaycanda istehsal etməyi və investisiya qoymağı da təklif edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Qazi Bilgin belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Bu şirkətlərin məhsullarının Fransa ilə rəqabətə girə biləcək qədər keyfiyyətli olduğunu deyib.
Sərgiyə tanınmış modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova da qatılıb.
Qeyd edək ki, sərgi iyunun 27-dək davam edəcək. Sərgiyə hər gün saat 10:00-dan 19:00-dək giriş açıqdır.
Xəyalə Muradlı
Foto: İsaq Mayılov

Oxşar yazılar
Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13