“İstanbul Fashion” yenidən Bakıda
İyunun 22-də Bakıda növbəti dəfə keçiriləcək “İstanbul Fashion show” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə bu ilin yanvar ayında keçirilən sərgi bu dəfə iyunun 25-dən 27-ə qədər yerli moda həvəskarlarının ixtiyarında olacaq. Sərginin təşkilatçıları sırasında Meridyen Beynəlxalq sərgi şirkəti, DTM (Xarici Ticarət Müstəşarlığı), OTİAD (Osmanbəy Türk İş Adamları Birliyi), TMHGF (Türkiyə Moda və Hazır Geyim Federasiyası) və LASİAD (Laleli Sənaye İş Adamları Dərnəyi) kimi təşkilatlar var.
Sərginin Azərbaycan üzrə koordinatoru Alper Çekic tədbirdə çıxış edərək ötən dəfə sərginin xüsusi maraqla qarşılandığını, bu dəfə də sərginin böyük ilgi görəcəyindən əminliyini dilə gətirib: “Apardığımız promouşn tədbirlər zamanı əhalinin və bu sahənin peşəkarlarının reaksiyasından da görürük ki, Azərbaycanda modaya və gözəl geyimə həvəs nə qədər böyükdür”.
Alper Çekic bildirib ki, tədbirdə Türkiyənin 50-yə qədər şirkətinə məxsus qadın, kişi və uşaq geyimləri, müxtəlif aksessuarlar və s. sərgilənəcək. Muzaffer Giyim, Akın Tekstil, Egemen Tekstil, Koşem Kundra, La Mirage kimi markaların məhsulları nümayiş ediləcək. Şirkətlər sırasında yeniləri ilə yanaşı ötən dəfə sərgiyə qatılanlar da olacaq.
Sərginin Azərbaycan üzrə digər koordinatoru Mahmud Şahin tədbirin keçirilməsində məqsədlərdən birinin həm alıcılara, həm də satıcılara yeni məhsulları təqdim etmək olduğunu deyib. M. Şahinin sözlərinə görə, sərgidə şirkətlərin yeni kolleksiyalarının tanıtımı da olacaq: “Belə sərgilərin keçirilməsi, şirkətlərin tanıtımı güclü rəqabətin yaranmasına da imkan verir. Bu isə öz növbəsində qiymətlərin aşağı düşməsinə kömək edir”.
Qeyd edək ki, “İstanbul Fashion show”nun təntənəli açılış mərasimi iyunun 25-də Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutacaq. Sərgini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç açacaq.
Xəyalə Muradlı

Oxşar yazılar
Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13