Barış Mançonun övladları Sibel Cana od püskürdü
09 iyun 2010 11:00 (UTC +04:00)

Barış Mançonun övladları Sibel Cana od püskürdü

Məşhur türk sənətçisi Barış Mançonun oğulları Doğukan və Batıkan boşanma ərəfəsində olan Sibel Can və Sülhü Aksütə qarşı hələ də qəzəblidirlər.

Bir televiziya proqramına qonaq olan iki qardaş atalarının 12 il əvvəl ortaq olduğu Aksüt və Can cütlüyünün onlara çox böyük ağrılar yaşatdığını söyləyib. Lent.az-ın “milliyet.com” saytına istinadən xəbərinə görə, Doğukan Manço öz çıxışında atası öldükdən sonra anasının böyük bir borcun altına girdiyini deyib: “Aksüt ilə Can atamın sümüklərini sızlatdılar. Anamı gənc yaşda qocaltdılar. O adam bizə etdikləriylə necə yaşayacaq, çox maraqlıdır. İnsanlara pislik etdikcə daha çoxmu mükafat verilir? Vicdanı necə əl verir demirəm, necə yaşayır deyirəm”.

Barış Mançonun oğlu borcdan xilas olduqlarına da şükür edib: “Çox əzab çəkdik. Daha çox adamın qarşısına çıxacağam. Amma kinlə, nifrətlə deyil. Güclə, sevgiylə. Çünki atamdan mənə bu miras qaldı”.

Sonda Doğukan və Batıkan Manço “ən böyük xəyalımız bu gün muzey halına gələn atamızın evini geri ala bilməkdir”, - deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar