Pişik Günel qadın həbsxanasında
29 may 2010 12:30 (UTC +04:00)

Pişik Günel qadın həbsxanasında

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində 28 May - Respublika Günü münasibətilə tədbir təşkil edib. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Ombudsman Aparatının, Qızıl Aypara Cəmiyyətinin və Penitensiar Xidmətin nümayəndələri iştirak ediblər.

Aparatın sektor müdiri Yeganə Cəfərova çıxış edərək, Müvəkkilin bayram təbriklərini məhkumlara çatdırıb, xoş arzularını bildirib.

Tədbirdə Ombudsmanın qadın məhkumların, o cümlədən azyaşlı uşağı olan və cəza çəkən anaların hüquqlarını daim diqqətdə saxladığı, onlarla tez-tez görüşdüyü, problemlərinin həllində yardımçı olduğunu xatırladılıb.

Müvəkkilin nümayəndələri məhkumlara qanun pozuntularına bir daha yol verməməyi, sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə ediblər.

Daha sonra 4 saylı cəzaçəkmə müəssisəndə cəza çəkən qadınlar üçün bayram konserti təşkil olunub. Konsertdə tanınmış müğənnilərdən Elariz Məmmədoğlu, Lalə Məmmədova və Günel Ələkbərova (Pişik Günel) qadın məhbuslar qarşısında çıxış edib.

Sonda gətirilmiş bayram hədiyyələri məhkumlara paylanmışdır.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə 18 iyun – Azərbaycanda İnsan Hüquqları günü münasibətilə hər il ənənəvi olaraq paytaxtda və regionlarda İnsan Hüquqları aylığı keçirilir, bu aylıq çərçivəsində silsilə tədbirlər təşkil olunur.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar