“Günəbaxan”da olay: Zamiq proqramı tərk etdi
Müğənni Zamiq qonağı olduğu “Günabəxan” verilişindən iştirakına bir neçə dəqiqə qalmış imtina edib. Lent.az-ın məlumatına görə, proqramda Zamiqin qonaq kimi anons edildiyinə baxmayaraq, müğənni qəfildən telekanalı tərk edib. Bu hadisə tamaşaçıların etirazına səbəb olub. Tamaşaçılar online SMS vasitəsilə etiraz ediblər.
Zamiq Lent.az-a açıqlamasında verilişdə bir mahnı oxuyacağını eşitdiyi üçün efiri tərk etdiyini deyib: “Mənə dedilər ki, iki saatlıq verilişin bir saatını sən, bir saatını isə Qədir Qızılsəs oxuyacaq, ora gələndə isə mənə bir mahnı oxuyacağımı dedilər, buna görə də getdim”.
Verilişin aparıcısı Turan Ibrahimov isə Lent.az-a açıqlamasında Zamiqin digər qonaq müğənni Qədir Qızılsəs ilə bir səhnədə görünmək istəmədiyi üçün yayımdan imtina etdiyini açıqlayıb: “Tamaşaçılar Zamiqin qonaq olacağını bilirdi, anons edilmişdi. Prodüserlərim mənə dedilər ki, Zamiq efirə birinci çıxıb oxumağı təklif edib. Və Qədir Qızılsəslə bir səhnədə olacağı üçün narazılığını ifadə edib. Lakin Qədir Qızılsəs çıxdı və birinci oxudu. Bundan sonra Zamiqin prodüseri diskdəki mahnını dəyişmək üçün geri istədiklərini deyib və proqramı tərk edib gediblər. Mən hadisəni olduğu kimi tamaşaçılarıma danışdım. “ANS”-ın telefonları susmaq bilmirdi. Hamı onu bu addımına görə qınadı”.
Nəzrin

627