Məhkəmə Rəqsanənin şikayətini təmin etmədi
Avqustun 31-də müğənni Rəqsanə İsmayılovanın “Azercell-Telekom” MMC və “Limon” MMC –yə qarşı qaldırdığı iddiaya baxılıb. Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə məhkəmə Rəqsanə İsmayılovanın birinci instansiya məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətini təmin etməyib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
İddiaya görə, “Azercell” abonentlərinə “Zəngimcell” xidməti göstərilən zaman Rəqsanənin oxuduğu mahnılardan onun icazəsi olmadan istifadə edilib.
Bu xidməti isə istifadəçilərə “Azercell”ə birgə “Limon” MMC təqdim edib.
Rəqsanə İsmayılova Yasamal rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində ifa etdiyi musiqi əsərlərinin qadağan edilməsini, 55 min manat kompensasiya və gələcəkdə ifa olunacaq musiqilərinin “Zəngimcell”də səslənməsinə qadağa qoyulmasını istəyib.
Məhkəmə Rəqsanənin iddiasını təmin etməyib.
Fərid Əkbərov

724