Samir Piriyev: “O barışsa da, mən barışmaram...” - MÜSAHİBƏ
Müğənni Samir Piriyev də boşanır. 3 il öncə ailə quran müğənni boşanma səbəblərini Lent.az-a açıqlayıb:
- Samir, keçmiş olsun, səndən belə bir xəbəri gözləmirdik...
- Nə bilim, mən də istəməzdim, lakin belə oldu. Mən məhkəməyə müraciət etməmişəm. Qız özü məhkəməyə müraciət etdi, cavabında mən də etiraz etmədim. Əzizbəyov rayon məhkəməsinə müraciət edib, mən də ərizə yazdım ki, etiraz etmirəm. Belə lazım imiş demək...
- Bundan sonra Bakıda gəlişin də əvvəlki kim olmayacaq yəqin ki... Çünki işlərin daha çox Türkiyə ilə bağlıdır.
- Yox niyə ki? Gələcəyəm. Elə şənliklərində də iştirak edəcəyəm, vətənimə də gələcəyəm, övladımı da görəcəyəm. Hər şey əvvəlki kimi olacaq.
- Aranızdakı problemlər nə vaxt yarandı?
- ...Nə bilim... İki-üç ay olar... Bir-birimizi başa düşmədik, axırı gəlib bu yerə çatdı. Mən istəməzdim, belə olsun. Kim istərdi ki, ailəsi dağılsın? Çox dedim ki, yaxşı fikirləş, boşanmayaq... Boşanmağa qərar verdi.
- Vəziyyətin düzəlməyinə heç şans qalmayıb?
- Mən onu çox yola gətirməyə çalışdım. Bundan sonra o barışmaq istəsə belə, artıq mən barışmayacam. Çünki mənim də qürurum, heysiyyətim var. O mənim sevgimi qiymətləndirmədi... Başa düşmədi ki, mən nə edirdimsə, onun üçün, övladımızın gələcəyi üçün edirdim. Qədər, qismət! Başqa nə deyim?... Əgər o mənim zəhmətimi dəyərləndirmədisə, əziyyətimi hədər edirsə, onun üçün hədər etməyə dəyməz. Mən ailəcanlı insanam. Sevərək ailə qurmuşdum. Əfsus ki, o məni qiymətləndirmədi...
- Bəlkə də bu sənin indiki düşüncələrindi, hər şey dəyişə bilər?
- Bilirsən, qərarı dəyişmək üçün çox çalışdım. Mən həmişə boşanmağa pis baxmışam. Heç vaxt düşünməzdim ki, mən də boşana bilərəm. Amma artıq olan oldu. Həyat davam edir, dünən, bu gün verilişlərə çıxmışam. Ay ərzində proqramlarda iştirakım davam edəcək. Bundan sonra hər şey övladım üçün olacaq.
- Bəlkə araya üçüncü şəxs girib. Ayrılıq qərarına başqa qadın səbəb ola bilər?..
- Yox! Qətiyyən yox. Bu deyil. Sadəcə bir-birimizi anlaya bilmədik. Axırı bu səviyyəyə gəlib çatdı.
- İndi səni dəstəkləyən, bu günündə yanında olan kimlər var yanında?
- Burda mənim prodüserlərim, menecerim, Zerrin Özər, Erkan Gülərüz var. Onlar da mənim sıxıntılarımdan xəbərdar idilər. Bir ayda düz 10 kiloqram arıqladım. Sıxıntılarıma şahid oldular.
- Onlar səni fikrindən daşındırmağa cəhd göstərdilər?
- Yox. Burda başqa cürdü. İnsanın fikirlərinə hörmətlə yanaşırlar. Hazırda Boğaziçindəyəm, sakitləşməyə çalışıram...
Lalə

1494