Rza Zərrabdan restoranda əcaib hərəkət
23 aprel 2010 17:30 (UTC +04:00)

Rza Zərrabdan restoranda əcaib hərəkət

“Cib telefonlarınızı gətirin”
Məşhur müğənni Ebru Gündəşlə artıq iki ay yarımdır, evli olan azərbaycanlı iş adamı Rza Zərrab əvvəllər olduğu kimi, evlilikdən sonra da onunla yanaşı şəkil çəkdirməyib.


Lent.az-ın xəbərinə görə, bu barədə “Akşam” qəzetində yer alan “Qarson: “Ne alırsınız efendim?” Zarrab: “Cep telefonlarını getirin” adlı məqalədə bildirilib.

Qəzet yazır ki, birlikdə olduqları ilyarım müddətində təkcə jurnalistlərin deyil, adi vətəndaşların da cütlüyün şəklinin çəkməsinin qarşısını alan önləyici tədbirlər görülüb.

Cütlük keçən həftə “Kemer Country”də axşam yeməyi üçün bir restorana gedib. Onlar fotolarını çəkmək istəyən həvəskar paparatsilərin də həvəsini ürəklərində öldürmək üçün maraqlı üsula əl atıb. Belə ki, ailənin kişisi Rza Zərrab restoranda çalışan bütün işçilərin kameralı telefonlarını yığdırıb. Beləcə, məşhur cütlüyü yenə də çəkmək mümkün olmayıb.

Cütlük hələ evlənməzdən əvvəl – keçən il Antalyada dincələrkən də analoji üsula əl atıbmış. Həmin vaxt onlar Antalyadakı otelin lüks nömrəsindən kənara çıxmayıb. Qaldıqları nömrəyə isə orkestr gətirdərək çalıb-oynayıblar. Həmin vaxt nömrəyə daxil olan bütün orkestr üzvlərinin telefonları yığışdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar

Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16