Oktay Kaynarca: “Çakırın zamanı dolmuşdu” - MÜSAHİBƏ
21 aprel 2010 16:00 (UTC +04:00)

Oktay Kaynarca: “Çakırın zamanı dolmuşdu” - MÜSAHİBƏ

- Keçmiş olsun, Oktay bəy, polis idarsində sorğuya çəkildiyiniz barədə xəbərlər yayıldı...

- Xəbərin həqiqət payı var idi, lakin işin əsli başqa cür idi. Çəkiliş məkanı üçün əvvəldən icazə almışdıq, lakin buna rəğmən Ataşehir Bələdiyyə başqanı yardımçısı bu izindən xəbərsiz idi. Elə bu anlaşılmazlıqdan dolayı polis idarəsində ifadə verməli olduq.

- Azərbaycanlılar sizi “Kurtlar Vadisi”ndən tanıdı, sevdi. O qədər güclü bir obrazı canlandırdınız ki, hətta əsas qəhrəman da bu obrazın kölgəsində qalmışdı. Nədən “öldünüz”?

- Əslində “Çakır” rolunun zamanı dolmuşdu. Bundan sonra təbii ki, boş oturmadım, bir-birinin ardınca gözəl layihələrdə yer aldım, elə indi də “Adanalı” adlı bir serialla davam edirəm.

- Bəlkə qəbul etməyəcəksiniz, belə rəylər var ki, “Adanalı” o qədər də təsirli və “Çakır” kimi güclü ola bilmədi.

- Xeyr, mən tam əksini düşünürəm. “Adanalı” xarakteri də hər şeydən qorxmayan, cəsarətli bir xarakterdir, o da çox bəyənildi və sevildi.

- Siz özünüz də film sevən bir insansız, kimlər sizin üçün örnəkdir?

- Mənim üçün örnək saymaqdan başqa çox bacarıqlı hesab etdiyim, eləcə də izlədiyim aktyor dostlarım var.

- Çox danışmağı sevməyən, ciddi bir insansınız. Görünüşə baxınca darıxdırıcı bir insan təəssüratı yaranır, buna baxmayaraq tam əks xarakterli bir insan olduğunuz deyilir. Özünüz nə fikirləşirsiniz?

- Ətrafımdakı insanlarla münasibətlərim qarşılıqlı anlaşma əsasındadır. Çətin xarakterli bir insan deyiləm, lakin haqsızlığa dözümüm yoxdur, bunu da çox zaman səs-küylə, ucadan dilə gətirirəm. Sadəcə bu...

- Tanınmış aktrisa Özgü Namalla uzun illər münasibətiniz olub, dostluq etmisiniz. Ayrıldıqdan sonra dostluğunuz davam edirmi?

- Özgü Namalla uzun illərə söykənən bir birlikdəliyimiz oldu... İndi də gördüyümüz yerdə salamlaşırıq. O, mənim üçün çox önəmli bir insandır.

- Bir müddət öncə baş nazir Erdoğanla görüşünzüdə bir qadın sənət dostunuzla aranızda polemika yaşanmışdı. Səbəb aktrisanın incəsənətdə kürdlərə qarşı ayrı-seçkilik qoyulması barədə açıqlaması idi. Bu belədi?

- Mən yenə orda dediklərimi ifadə etmək istəyirəm, həm də ucadan: “Türkiyə Cümhuriyyəti dövlətində heç bir türk xalqının nümayəndəsi kürdlərə qarşı ayrı-seçkilik etməyib, o səbəbdən də bu günə qədər əksini düşünəcək bir nəticə, bir misal heç kim göstərə bilməz!” Mən belə düşünürəm.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar