Nazpəri Dostəliyeva: “Həmişə belə olacaq”
08 aprel 2010 13:30 (UTC +04:00)

Nazpəri Dostəliyeva: “Həmişə belə olacaq”

“Emosiya və ya özünün haqlı olduğunu sübut etmək heç nəyi dəyişmir. Hər işdə səbirli olmaq hadisənin müqəddəratını həll edir. Əgər mən xalq artistiyəmsə, deməli, dövlətin etimadını doğrulmaq üçün qanunlara da hörmət edirəm”.

Xalq artisti Nazpəri Dostəliyeva Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialı ilə məhkəmə çəkişməsinin nəticələri barədə Lent.az-a açıqlamasına belə deyib.

Müğənni adı hallanan bütün xoşagəlməz hadisələrə susmaqla ən doğru cavabı verəcəyini deyib: “Bu həmişə belə olacaq. Susaraq cavab vermək, zənnimcə, ən doğru addımdır. Şəxsimə və sənətimə hörmət edənlərə nə isə sübut etməyə ehtiyac yoxdur. Onlar mənə məndən yaxşı bələddirlər. Xalqıma isə ifalarımla xidmət göstərməyə davam edirəm. İnanmıram ki, məni sevənlər bir-iki kəlmə qalmaqallı xəbərləri oxumağı gözləyir”.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar