Məryəm Süleymanovun başına əcaib hadisə gəlib
15 mart 2010 13:30 (UTC +04:00)

Məryəm Süleymanovun başına əcaib hadisə gəlib

Bir neçə gün öncə rəqqasə Məryəm Süleymanova naməlum şəxsin basqınına məruz qalıb. Bu barədə müğənni Lent.az-a açıqlamasında danışıb: “Hadisə Nərimanov metrosu yaxınlığında baş verib. Mən işıqforda dayanıb gözləyirdim, maşınla idim. Birdən kimsə qəfil arxa qapını açıb oturdu. Əynimdə milli geyim, eləcə də sıçrayıb maşından çıxdım. Adam əlini irəli uzatdı, fikirləşdim ki, maşının siyirtməsindən pul götürəcək. Lakin əlini uzatdı və sükan arxasında heç kim olmadığı üçün maşın irəlidəki maşına toxunub əzildi. Sonra o qapını açıb qaçdı. Ətrafdakı adamlardan bəziləri də onun dalınca qaçdı, lakin nəticəsiz qaldı...”

Rəqqasə ətrafda polis işçisi olmadığını əlavə edib: “Ətrafda polis işçisi yox idi, bu barədə sonra da danışmadım, qorxmuşdum. Lakin heç kimdən də şübhələnmədim, çünki mənə dedilər ki, bu zona bir qədər xatalıdır, burda sərxoş və narkomanlar çox olur”.

Rəqqasə günahı özündə gördüyünü və bir də arxa qapıları açıq qoymayacağını deyib.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar