Müğənni Cəmilə: “Özünün qarnı sallanır, ayaqları fil budlarına, bədəni begemota oxşayır”
Xarici ölkədən Bakıya yeni dönən müğənni Cəmilə yeni mahnılar üzərində çalışır. Bu barədə Lent.az-a müğənninin özü bildirib.
Eskot adlı amerikalı reperlə duet oxuyan Cəmilə ifa etdiyi mahnını ekranlaşdırmağı da planlaşdırır. Müğənni hazırda sözügedən ekran əsərini lentə almaq üçün rejissor seçimi edir.
“Mən Bakıda olmayanda haqqımda müxtəlif şayiələr yayılmışdı. Əvvəl dedilər ki, guya evim yanıb. Amma həmin ev mənimlə eyni blokda yaşayan başqa bir Cəmilənin evi idi. Heç mən evimə kirayənişin buraxaram? O qədər pul verib, evi lüks təmir etdirmişəm. Xaricdən qayıdandan sonra da mənim ərə getməyim haqqında xəbərlər yayıldı. Mənim o boyda oğlanlarım, nəvəm var. Mənə yaraşmaz bundan sonra gəlinlik paltarı geyinim. Əlbəttə, sevgisiz heç bir qadın yaşaya bilməz. Mən indi elə arıqlamışam ki, 18 yaşında modelə oxşayıram. Haqqımda məntiqsiz şayiələr yayanlar bunu paxıllıqdan edirlər. Çünki o xəbəri yayanın özünün qarnı sallanır, ayaqları da elə bil fil budlarına bənzəyir, bədənləri də begemota oxşayır”, - deyən müğənni bu xəbərlərin düşmənləri tərəfindən yayıldığını da vurğuladı.
“Bəzi verilişlərdə adımı hallandırmaqla guya məni antireklam edirlər. Amma balaca uşaq da bilir ki, onlar bununla özlərinə, sadəcə, reytinq toplamağa çalışırlar”, - deyən Cəmilə yeni ifa etdiyi mahnılardan ibarət albom buraxacağını da əlavə etdi.
6 dil öyrəndiyini bildirən müğənni gələn ay Fransa səfərinə də hazırlaşır. Belə ki, o, Novruz bayramı ərəfəsində vətəndə olmayacaq.
Leyla

Oxşar yazılar

Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04