İlhamə Quliyeva Türkiyəni fəth edəcək
Xalq artistinin dünya azərbaycanlıları üçün gördüyü böyük işlər qiymətləndirilib
Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva bu günlərdə Türkiyəyə yola düşür. Xalq artisti Lent.az-a səfərinin məqsədini açıqlayıb: “Bu günlərdə İstanbulda mənim adımı daşıyan - İlhamə Quliyeva adına Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzinin açılışı olmalıdır. Hazırda bununla bağlı Türkiyəyə yola düşürəm. İndi o işlərlə bərk məşğulam. Türkiyənin “TRT” kanalı ilə danışıqlar gedir. İstəyirəm ki, “TRT1” kanalı həmin açılışı canlı olaraq efirə versin. Azərbaycandan isə bir kanal o tədbiri eksklüziv işıqlandıracaq”.
Xalq artisti İlhamə Quliyeva adına Azərbaycan-Türkiyə Mədəniyyət Mərkəzində görüləcək işlərdən də danışıb: “Bu mərkəzdə müğənnilərin yaradıcılıq gecələri, yubileylər, konsertlər, yazıçılarla görüşlər, rəssamların sərgilərinin təşkili nəzərdə tutulub. Türkiyə sənətçilərinin isə gecələri təşkil ediləcək”.
İlhamə Quliyeva mərkəzə özü rəhbərlik etməyəcək: “Mən oranın rəhbəri olsam, gərək gedib elə orada da yaşayam. Ona görə də Azərbaycandan bir nəfərin ora rəhbər təyin olunmasına maraqlıyam. Bir maraqlı məqamı da diqqətinizə çatdırım ki, bu mərkəzin açılması mənim dünya azərbaycanlıları konqresində gördüyüm işlərin bəhrəsidir, diasporanın təşəbbüsü ilə zəhmətim qiymətləndirilib”.
Quliyeva açılışın gözlənildiyi vaxtdan, yəni mart ayının 2-dən bir qədər gec olacağını da xəbər verib: “Əslində açılış martın 2-də olmalı idi, mənə xəbər verdilər ki, tədbir bir neçə gün gecikəcək”.
Lalə Yusifqızı

Oxşar yazılar

Bu ulduzlar yataqda yaxşı deyillər... - Şayiə, yoxsa gerçək?
4 may 2025 , 10:08
Azəri qızından ETİRAF: onu bağışladı - VİDEO
3 may 2025 , 17:36
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi
3 may 2025 , 11:36
Məşhur aktrisanın bu sözləri gündəm oldu: "Özümü deyil, insanları dəyişdirirəm”
2 may 2025 , 19:07
Azərbaycanlı aktrisaya psixi pozğunluq diaqnozu QOYULDU
2 may 2025 , 18:11"Kutu ma kutu" nə deməkdir? - Mahnının orijinal variantı - VİDEO
2 may 2025 , 17:15
Ben Affleck və Cennifer Lopez: İndiki sevgililəri kimdir?
2 may 2025 , 11:04