Əməkdar artist : “Millət vəkili olaram...”
27 avqust 2010 13:39 (UTC +04:00)

Əməkdar artist : “Millət vəkili olaram...”

Əməkdar artistlər Elza Seyidcahan, Tünzalə Ağayeva və Azərin millət vəkilliyinə namizədliklərini irəli sürdükləri barədə iddiaları təkzib ediblər. Sənətçilər Lent.az-a açıqlamalarında yaxın illərdə bu fikirdə olmayacaqlarını bildiriblər.

Sənətçi Azərin sənətini xüsusi siyasi kursla davam etdirdiyini qeyd edib: “Hazırda “TRT Avaz” proqramında həftə içi beş gün proqramım davam etməkdədir. Müxtəlif sənət adamları ildə görüşlər, müzakirələr – bu özü də sənət adına siyasətdir. Qardaş ölkədə doğma vətənimi doğru, düzgün şəkildə təmsil edirəm. Yaradıcılıqla çox məşğulam. Lakin bir-iki ildən sonra millət vəkili kimi fəaliyyət göstərə biləcəyim də istisna deyil”.

Tünzalə Ağayeva millət vəkili olmaq iddiasının 5-6 ildən sonra reallaşa biləcəyini vurğulayıb: “Millət vəkilliyinə namizədliyimi irəli sürmək iddiam real deyil. Ola bilsin ki, ictimaiyyət tərəfdən belə istək var, buna görə də xəbərlər dolaşır. 5-6 ildən sonra bu fikir reallaşa bilər, hazırda ictimai-sosial layihələrdə iştirak edirəm. Məsələn, insan alverinə qarşı kampaniyada iştirak edirəm”.

Elza Seyidcahan isə sənətinin vəkili olduğunu iddia edib: “Millət vəkili olduqdan sonra ölkəmə yararlı ola biləcəyimi düşünənlərdən deyiləm. Mən sənətimin vəkiliyəm. Bir sıra sosial layihələrə imza atmışam. Bundan sonra da olacaq. Amma şəxsən özüm namizədliyimi irəli sürüb, şəxsən müraciət etmərəm. Xalqım məni millət vəkili görmək istəsə, dırnaqarası baxmaram, millət vəkili olaram...”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049

Oxşar yazılar

Azərbaycanlı müğənni ABŞ-da öldürüldü

Azərbaycanlı müğənni ABŞ-da öldürüldü

5 iyul 2025 , 18:22
Bred Pitt  peşmandır:   "Colini sevirdim, böyük səhvlər etdim"

Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"

5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03