Rəqqasə Fatimə: “Monqolustandan mal gətirmişəm” - MÜSAHİBƏ
Rəqqasə Fatimə Fətəliyeva Çinə alver məqsədilə getməsi ilə bağlı Trend Life saytının yaydığı xəbərə münasibət bildirib. Fatimə Lent.az-a müsahibəsində bu xəbəri təkzib edib:
- Bəs xəbəriniz yoxdu, mən Monqolustandan da mal gətirmişəm. Nə əcəb bundan xəbərsizsiniz? Həmkarlarınız deyir ki, mənimlə əlaqə saxlaya bilməyiblər. Yəni mən onların zənginə cavab verməmişəm. Düz deyirlər. Mən onları cavabsız qoymuşam. Xaricdə başqa nömrədən istifadə etmişəm. Odur ki, mənə zəng çatmayıb.
Xəbərə görə, məni yük terminalının qarşısında görüblər, guya Urumçudan mal gətirmişəm. Düzu, mən heç bilmirdim Çində belə bir yer var. Ola bilsin, məktəbdə oxuyanda coğrafiya fənninə marağım az olub. Yazıblar ki, bu məlumatı
onlara hava limanından veriblər. Belə çıxır ki, oranın işçilərinin əsas peşəsi adam
güdməkdi? Yaxşı, heç olmasa, düz məlumat versinlər. Çünki mən həmin gün Çin deyil, Türkiyə reysi ilə gəlmişəm.
- Belə çıxır ki, heç Şanxayda olmamısınız?
- Yox, olmuşam. Bildiyiniz kimi, mən milli rəqslərimizlə bərabər dünya rəqslərinə də maraq göstərirəm. Həmişə yapon və Çin rəqsləri diqqətimi çəkib. Elə bu məqsədlə də Çinə yola düşdüm. Çində ancaq Şanxay və Pekin şəhərlərini tanıyıram. Pekində heç kəsi tanımadığıma görə öz gələcək rəqs müəllimimi Şanxayda axtarmaq qərarına gəldim. Çünki Şanxayda tanışlarımız var. Və təbii ki, onların yardımı ilə Şanxaya üz tutdum.
- Bəs deyirsiniz axı, Türkiyədən qayıtmısınız?
- Şanxayda işlərimi qaydaya saldıqdan sonra Pekinə getdim. Bu, sadəcə, turist ziyarəti idi. Daha sonra “həm ziyarət, həm ticarət” deyib, yolumu İstanbuldan saldım. Ticarət demişkən, elə böyük alış-veriş etməmişəm ki, yük terminalını məşğul edəm. Əslində, mən bu xəbərə görə məhkəməyə müraciət edə bilərəm, lakin həmişə mətbuat işçiləri ilə yaxşı münasibətdə olmuşam. Sadəcə, mənə toxunan odur ki... nə isə... uman yerdən küsərlər.
P. S. Qeyd edək ki, qarşı tərəf rəqqasənin həqiqətən də kürk biznesi ilə məşğul olduğu haqqında məlumat əldə etdiyini və buna normal yanaşdığını Lent.az-a açıqlayıb.
Leyla

1738